Çox insan qarşısından qara pişik keçdi deyə, yolunu dəyişir və ya başına bir uğursuzluq gələcəyinə inanır. Bəs görəsən, qara pişiklərə niyə “uğursuz” damğası vurulur?
ONN media xəbər verir ki, Bu fikir eramızdan əvvəl üçüncü minillikdə antik Misirdə ortaya çıxıb.
O dövrdə pişiklər, xüsusən, qara pişiklər müqəddəs hesab edilib. Hətta arxeoloji qazıntılar nəticəsində pişiklərin tanrılaşdırıldığına dair sübutlar da tapılıb. Belə ki, Qədim Misirdə evində bir pişiyin ölməsi həmin ailə üçün fəlakət hesab edilib. Maddi vəziyyətindən asılı olmayaraq, pişiyi ölən hər kəs onu mumyalayıb, bəzəyib və hətta yanına daş-qaş qoyaraq dəfn edib.
Mədəniyyətlər dəyişdikcə insanlardakı pişik sevgisi də artıb. Qədim Çində, Hindistanda pişiklər insanlara ən yaxın heyvan hesab edilib. Hətta onların kiminsə önündən keçməsi həmin insan üçün şans hesab olunub.
Pişiklərə qarşı nifrət “kampaniyası” isə orta əsrlərdə İngiltərədə başlayıb. Belə ki, həmin dövrün xristian adətləri özündən əvvəlki bütün inancları yox etməyə başlayıb. Pişiklər tərs, hiyləgər və bildiyini edən heyvan kimi tanıdılmağa başladılıb və şəhərlərdə saylarının da həddən artıq çoxalması nəticəsində gözdən düşüb.
Bundan başqa, həmin illərdə pişik bəsləyənlər yalnız yaşayan və qoca qadınlar olub. Cadugərlik və sehr kimi fikirlərin də geniş yayıldığı bir vaxtda pişik saxlayan qarıların cadugər olması və qara pişiklərin də gecələr şeytana çevrildiyi haqqında xalq hekayələri yaranıb.
Cadugər fikri paranoyaya döndükcə onlarla qoca qarı pişiyi ilə birgə yandırılıb. Ənənə Fransa kralı XIII Luiz bu fəaliyyəti dayandırana kimi davam etdi.
Lakin onu da qeyd edək ki, bütün dünyanın əksinə olaraq, Yaponiyada qara pişiklər hələ də uğur əlaməti sayılır.



Ürəyi xəstə olan insanlar evində pişik saxlasın
Rusiyada pişiklərə də sanksiya tətbiq edildi
Pişik səsinin insan orqanizminə MÖCÜZƏVİ FAYDASI
Narko-kuryer pişik ƏLƏ KEÇDİ
Pişiklər üçün 5-ulduzlu otel açıldı
Bu şeyləri pişiklərdən UZAQ TUTUN
Nə üçün evdə pişik saxlamalıyıq?
Yol polisi sürücüləri diqqətli olmağa çağırıb
Pişiklər niyə kürək üstə yıxılmırlar?
Sosial mətbuatın yeni fenomeni — Balıqçı pişik
100 ildən sonra ilk dəfə göründü
Qara pomidor. Qeyri-adi tərəvəzin inanılmaz faydaları
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 