Bədəninizin hər bir nahiyəsinin xarakterinizi bəlli edən bir ünsür olduğunu bilirdinizmi? Saç, göz rəngi, çənə forması kimi bir çox özəlliklər insanları bir-birindən fərqləndirdiyi kimi, xarakter olaraq da ayırır. Bəs burun formanız xarakterinizə nə qədər təsir edir?
ONN media bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.
Aşağı doğru əyimli burun
Bu formada buruna sahib insanlar asan şəkildə təslim olmayan və çətinliklərin üzərinə gedən xarakterə malikdirlər. Ümumi olaraq qoruyucu olan bu insanlar sevdiklərinin üzülməsindən xeyli təsirlənirlər və dərhal bir yol axtarmağa başlayırlar.
Geniş burun
Duyğusal, mərhəmətli və sosial yönlü insanların burunlarına diqqət etdikdə 80 faiz geniş burunlu insanların bu xüsusiyyətlərə sahib olduğunu görəcəksiniz.
Qısa burun
Qısa buruna sahib insanlar qayğılı olmaları ilə bərabər dominant xarakterli insanlar tərəfindən asanlıqla idarə edilə bilirlər. Bunun səbəbi bu insanların həssas, mərhəmətli və duyğusal olmalarıdır. Duyğusal və mərhəmətli olmalarının bir digər təsiri isə sevdiklərinə qarşı hər zaman sadiq olmalarıdır.
Uzun və düz burun
Dar burun olaraq da adlandırılan bu tip burunlara sahib insanların ən diqqət çəkən xüsusiyyətləri həyatlarının hər sahəsində, hər şəraitdə məsuliyyətli olmalarıdır. Bu məsuliyyət həyatlarındakı əxlaq dəyərlərinə də birbaşa təsir etdiyindən olduqca dürüstdürlər.
Qarmaq burun
Bu burun formasına sahib olan insanlar düşüncələrinin hər zaman mənimsənməsini və daim hörmət görmək istəyərlər. Sadəcə özlərinin doğru olduğunu qəbul edən bir formaya sahibdirlər. Eyni zamanda realist düşüncələri, çətinliklərlə daha asan mübarizə aparmağa kömək edir.
Dik burun
Belə bir burnunuz varsa, ilk ağıla gələn xüsusiyyətləriniz mədəni və xeyirxah olmanızdır. Bir digər özəlliyiniz isə cəsarətli olmanızdır. Sevdikləriniz və ailəniz üçün etməkdən çəkinəcəyiniz heç bir şeyinizin olmaması cəsarətinizin ən böyük göstəricisidir.
Yastı burun
Xarakterinə hopan xüsusiyyətlər maraqcıl və yenilikçilikdir. Yastıburun insanlar həyata baxış formaları baxımından olduqca açıq fikirli insanlardır. Liderlik məsələsində də yaxşıdırlar.
Sümüklü burun
Bu burun tipi sərt duruşu, xarakterdəki bütünlüyü və azadlığı ifadə edir. Sümüklü burun formasına sahib insanlar sevimli olduqları qədər avtoritarlıq yaratma ilə bağlı da müvəffəqiyyətlidirlər.



Burun dolğusunun hansı fəsadları var?
Ramazanda burun spreyindən istifadə etmək olarmı? - ORUCU POZURMU?
Burun damcılarının ölümcül təhlükəsi
Uşaqların burnu niyə qanayır? - İlkin müdaxiləni belə edin
Burun damcılarının ÖLÜMCÜL TƏHLÜKƏSİ
Çində bir şəhər karantinə alındı
Burnunuzu əməliyyat etdirərkən bunlara diqqət edin -XƏBƏRDARLIQ...
Yaşlandıqca burnumuz niyə böyüyür?
Burun əməliyyatı 26 yaşlı qızı CANINDAN ETDİ- Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 