Uilyam Keys İngiltərənin Herefordşir bölgəsində kartof əkinçiliyi ilə məşğul olan bir fermerdir. 32 yaşında iflasa uğrasa da 48 yaşında milyoner olub.
ONN media BBC-yə istinadla xəbər verir ki, bu müddətdə İngiltərənin məşhur cips markası olan Tirelsi qurub, ən böyük supermarketlərdən biri olan Teskonu məhkəməyə verib və udub. Hazırda isə Keys adını daşıyan, öz fermasında becərdiyi kartoflardan istehsal etdiyi spirtli içki markasının da sahibidir.
Uilyam Keys kartof istehsalı ilə məşğul olan ailədə böyüyüb, 20 yaşında ikən bankdan götürdüyü 200 min sterlinqlə atasının fermasını alıb və bu işi davam etdirib. 12 il boyunca işləri gah düzəlib, gah da ziyana uğrayıb. 1992-ci ildə isə iflas edib. Ancaq o ruhdan düşməyərək bu sahədə fəaliyyaətini davam etdirib.
Fermerlərdən kartof alıb supermarketlərə satıb. 2002-ci ildə isə onun həyatı tamamilə dəyişib. Öz markası olan cips fabrikini yaradıb və Tirels cipsləri qısa müddətdə məhşurlaşıb.
“Tirels” kifayət qədər böyüdüyündə, 2008-ci ildə 40 milyon sterlinqə şirkəti satıb. Həmin pulla isə spirtli içki istehsalına başlayıb.
Hazırda o, öz fermasında yetişdirdiyi kartoflardan sadəcə araq deyil, viski, cin də hazırlayır və həftədə 10 min şüşə içki satır.
Keys deyir ki, “Markanızı tanıtmaq istəyirsinizsə, insanlara öz hekayənizi danışmalısınız. Ancaq uğur qazanmaq üçün bu işin qanınızda olması lazımdır”.



16 yaşında milyonçu olmuşdu - Son halı görənləri təəccübləndirdi
19 yaşında bu yolla milyoner oldu
Kartof əzməsinin faydaları aşkarlandı
Mədə- bağırsaq xəstəliyi olanlar mütləq oxusun
DİQQƏT- Bu kartof çox təhlükəlidir
"Bayraktar-TB2"lər ingilisləri şoka salıb
Kartof ölüm riskini azaldır
Bu pəhrizlə 3 günə 5 kiloqram arıqlayın
Axşamlar niyə kartof yemək olmaz?
Ən yaşlı sakin dünyasını dəyişdi
Heç vaxt evlənməyən azərbaycanlı məşhurlar - SİYAHI
Gecə boyunca sizi gözəlləşdirəcək
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 