Bakının Xətai rayonunda 5 ailə üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədov barəsində çıxarılan hökm qanuni qüvvəyə minib.
ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən Əhmədin işi üzrə qanunu nümayəndə və hüquqi varislərin heç biri şikayət ünvanlamayıblar.
20 gün müddət keçdiyinə görə hökm qanunu qüvvəyə minir. Qanunvericiliyə görə, hökmün çıxarılmasından 20 gün keçdikdən sonra tərəflər yenidən Ağır Cinayətlər Məhkəməsinə şikayət vermək hüququnun bərpasıyla bağlı vəsasət verə bilərlər.
Qeyd edək ki, Əhməd Əhmədovun əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib.
O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib.
İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.
Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.
Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib. Əhməd Əhmədovun barəsində hökm 2024-cü il oktyabrın 10-da çıxarılıb



Əhmədin bacısının yoldaşı niyə yoxa çıxıb?
Əhməd hakim qarşısına çıxarılıb
Əhmədin məhkəməsi təxirə salındı
Əhməd cəzadan azad edilə bilər?
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Əhmədlə bağlı daha bir iddia
Ailəsinin beş üzvünü öldürməkdə təsdiqləndirilən Əhmədla bağlı daha bir İDDİA
Əhməd Psixiatriya Xəstəxanasına yerləşdirildi
Əhmədov harada saxlanılır? - Vəkili açıqladı
Azərbaycanda DƏHŞƏT: Ata oğlunu və ailəsini güllələdi
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Əhmədin son halı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 