Balakən rayonunda oğluna və ailəsinə odlu silahdan atəş açaraq öldürməyə cəhddə təqsirli bilinən Məhəmməd Bağmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Balakən rayonunun Yeni Şərif kəndində baş verib. Kənd sakini 61 yaşlı Bağmanov Məhəmməd Əhməd oğlu, ailə münaqişəsi zəminində oğlu, Bağmanov Əhməd Məhəmməd oğlundan qisas almaq məqsədi ilə yaşadığı evdən ov tüfəngini götürüb, içərisinə 1 ədəd qırmalı patron yerləşdirərək bir dəfə atəş açıb. Nəticədə Əhməd Bağmanov sağ üz nahiyyəsindən güllə yarası alıb. Bundan başqa, hadisə zamanı Əhməd Bağmanovla birgə evdə, masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və qızı 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhməd qızı yaralanıb. Qeyd edək ki, hadisə yerinə baxış keçirilib və faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü , xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.
Azərbaycanda DƏHŞƏT: Ata oğlunu və ailəsini güllələdi



Ata Rusiyadan qayıdan oğlunu güllələdi - DƏHŞƏTLİ OLAY
Bakıda keçmiş məhkumdan QANLI CİNAYƏT
Xaçmaz sakini həmyerlisinin üstünə benzin tökərək yandırdı - DƏHŞƏTLİ CİNAYƏT
Bakıda TÜKÜRPƏDİCİ CİNAYƏT - Ata 2 yaşlı körpəsini öldürmək istədi
Sabiq prorektorun oğlu hakim qarşısında
"Tik-Tok"a görə zabiti öldürən şəxs hakim qarşısında
Sarayda 18 yaşlı oğlan qonşu kişini boğub öldürdü
Azərbaycanda DƏHŞƏTLİ QƏTL – Ana 10 aylıq körpəsini boğub öldürdü
Yevlaxda qonşusunu və arvadnı güllələyən kişidən XƏBƏR VAR
Abşeronda İYRƏNC CİNAYƏT
Tərtər sakini 2 yaşlı uşağı qətlə yetirdi - QORXUNC CİNAYƏT
Bakıda atanın qonşuya tapşırdığı 4 yaşlı qızın qətlində təqsirləndirilən şəxs HAKİM qarşısında
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 