"Christie’s" hərrac evində fransız avanqard rəssamı İv Kleynin 1961-ci ildə yaratdığı ən böyük monoxrom tablosu “California (IKB 71)” 18,4 milyon avroya (təxminən 36 milyon 308 min manat) satıb.
ONN media xəbər verir ki, bu məbləğ Kleynin əsərləri üçün auksion tarixində yeni rekord hesab olunur.
Təxminən 4x2 metr ölçülü tablo xırda çınqıllarla örtülüb və bu, dərin mavi rəngin altında gizlənmiş dəniz dibini xatırladan tekstura effekti yaradır. Əsər rəssamın patentləşdirdiyi xüsusi "International Klein Blue" (IKB) ultramarin tonunda işlənib.
“California” rəssamın ABŞ-yə ilk və son səfərindən az əvvəl yaradılıb. Həmin səfər zamanı o, öz işlərini Nyu-York və Los-Ancelesdə təqdim etmişdi.
Qeyd edək ki, 2013-cü ildə Kleynin mavi rəngə boyanmış süngərlərdən ibarət heykəli "Sotheby’s" hərrac evində 22 milyon dollara satılaraq rəssamın o dövr üçün rekord satış göstəricisi olmuşdu.
Bu tablo inanılmaz qiymətə satıldı



"Sevgi zibil qabındadır" 43 MİLYON-a satıldı
Mavi almaz rekord qiymətə satıldı
Dünyanın ən bahalı üzüyü rekord qiymətə satıldı
Kıvanç 7, Serenay isə 4 milyon qazanacaq
Yaponiyada 1 ədəd albalı inanılmaz qiymətə satıldı
1963-cü ilin “Ferrari”si REKORD qiymətə satıldı
Bu klassik avtomobillər satışa çıxarılacaq
"Mançester Yunayted"in gəliri nə qədərdir?
Elayın İtaliyada növbəti sərgisi təşkil edilib
Hadisə ilk dəfə Türkiyədə ev aldı
İdman tarixi üçün BÖYÜK UĞUR
Ölkədə avtomobil istehsalı rekord həddə çatır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 