Tarix boyu Xəzər dənizi ilə bağlı qəribə müşahidələr və mistik söz-söhbətlər gedib. Xəzər dənizində mövcud olduğu deyilən amfibiya adamlarla bağlı mətbuatda dəfələrlə yazılar dərc olunub, kimiləri onu neft daşlarında platformada, balıqçılar isə dənizin içində gördüyünü deyib.
Bəs görəsən, həqiqətən belə varlıqlar mövcuddur? Bu məsələyə elm nə deyir? Xəzər dənizinin suyu çirkləndikcə burada yaşayan canlılar, balıqlar mutasiyaya uğraya və insanlara qəribə varlıqlar kimi görünə bilərmi?
Məsələ ilə əlaqədar BAKU.WS-in suallarını Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi şöbəsinin müdiri, professor Əmir Əliyev cavablandırıb.
Xəzərşünas deyir ki, təqribən 50 il əvvəl, hələ tələbə ikən özünün də başına bu qəribə varlıqlarla bağlı maraqlı olay gəlib. O, hətta bu "amfibiyaların" fotosunu da çəkib:
"Deməli mən Xəzər Dənizində uzun müddət müşahidələr aparmışam. Təqribən 1976-77-ci illərdə biz Xəzər dənizində, indiki Pirallahı adasından 20-30 kilometr şimal şərqdə yerləşən platformada dəniz suyunun temperaturunu ölçürdük. Ora sensor (datçik) deyilən cihazları sallamışdıq. Mən də yuxarıdan dayanıb onların fotosunu çəkdim. Sonra biz bu şəkili hazır vəziyyətə gətirdik. O vaxt mən Moskvada aspirant idim. Fotonu hazırlayanda gördük ki, "datçik"in ətrafında su pərisinə oxşayan canlılar var. Buna bizim institutun müəllimləri baxdı, maraqlı gəldi onlara da ki bu nə olan şeydir? Daha sonra məsələ gedib direktora çatmışdı. O da fotoya baxıb dedi ki, "siz orada nə işlə məşğul olmusunuz? Dissertasiya müdafiəsində yadına salaram!".
Professorun sözlərinə görə, ona həmin hadisə ilə bağlı sonradan elə də inandırıcı olmayan arqument gətirilib.
"Sonra bizə bildirildi ki, guya bu lentə həmin fotolar daha əvvəl çəkilib və yeni görüntü onun üzərinə düşüb. Ancaq yadımdadır ki, mən o lenti mağazadan almışam", - deyə o əlavə edib.
Mütəxəssis deyir ki, belə söhbətlər dünya okeanlarında da var:
"At və insan başına oxşayan balıqlar müşahidə olunur. Deyirlər ki, əvvəllər yer üzü tamamilə sudan ibarət olub. Daha sonra burada qurular əmələ gəlib, tektonik proseslər gedib. Beləliklə balıqlar quruya çıxmağa başlayıb, mutasiya gedib və insan formasına gəlib. Belə fərziyyələr var. Su itilərin Xəzər dənizində olması Xəzər Dənizinin dünya okeanı ilə əlaqəsinin sübutudur. Xəzərdə hətta şimal dənizlərinə xas 5-6 balıq növləri də var. Onlar hazırda da Xəzərdə yaşayırlar".
Ekspert deyir ki, Xəzər dənizi beş milyon il bundan əvvəl yaranıb. O zaman dağəmələgəlmə prosesi nəticəsində Xəzər dənizi Tetis okeanından ayrılıb. Onun içərisində Aralıq dənizi, Qara dəniz, Aral dənizi də yer alıb.
"Fikrimcə balıqların mutasiyası məsələsi Xəzərin çirklənməsi ilə əlaqədar deyil. Çünki Xəzər dənizi neft çıxarıldıqdan sonra - son 200 ildə çirklənib. Amma ondan əvvəl də Xəzərdə flora və faunanın uyğunlaşması ilə bağlı təbii proseslər müşahidə olunub. Belə varlıqları həm balıqçılar, həm neft daşlarında işləyənlər görə biliblər. Hətta bizə də bu barədə danışıblar. Onlardan birinə mən öz çəkdiyim fotonu göstərmişəm. Ona görə də ola bilsin belə hallar əfsanə deyil. Bəzi dünya okeanında insana bənzər balıqlar yaşayır".



Xəzər dənizində köpək balığı tapılıb?
Xəzər dənizi ilə bağlı daha bir bədbin proqnoz
Xəzərin suyu azalır?- DƏHŞƏTLİ ANONS
Xəzər dənizi ilə bağlı kommünike qəbul edildi
Xəzərdə gəmilər sığınacaqlara çəkildi
Xəzər dənizində zəlzələ oldu
Xəzər dənizində zəlzələ oldu
SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu
Bakı və Aşqabad arasında Xəzərlə bağlı iclas keçirilib
Xəzər dənizindəki estakada yanğını ilə bağlı RƏSMİ AÇIQLAMA
Xəzərdə zəlzələ oldu
Xəzərdə zəlzələ oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 