Kosmos həvəskarları üçün 23 yanvar cümə gecəsi nadir müşahidə edilən maraqlı bir səma hadisəsi baş verəcək. Ay, Saturn və uzaq planet Neptun səmada bir araya gələrək "üçlü qovuşma" adlanan nadir astronomik hadisə yaradacaq.
ONN media BBC Radio Tees-ə istinadən xəbər verir ki, Ayın böyüyən hilal fazasında olduğu bu axşam üç səma cisminin düzülüşü səmada "gülən üz" formasını xatırladacaq. Hilal şəklində Ay ağız, Saturn və Neptun isə bu gülümsəmənin üzərindəki iki göz kimi görünəcək.
Bu nadir səma mənzərəsi gün batımından dərhal sonra qərb üfüqündə, nisbətən alçaq mövqedə müşahidə olunacaq.
Ay və Saturn hava qaralmağa başlayan kimi adi gözlə rahatlıqla seçilə biləcək. Lakin düzülmə sırıasının üçüncü elementi olan Neptun olduqca zəif işıqlı planet olduğundan onu görmək üçün teleskopdan istifadə zəruridir.
Səma cisimləri üfüqə yaxın yerləşəcəyindən, binaların və ağacların mane olmadığı açıq ərazilərdən müşahidə aparmaq tövsiyə olunur.
Qeyd edək ki, astronomiyada "qovuşma" iki və ya daha çox göy cisminin Yer kürəsindən baxıldıqda bir-birinə çox yaxın görünməsi hadisəsinə deyilir.
Bu axşam baş verəcək üçlü qovuşm həm astrofotoqraflar, həm də təbiət həvəskarları üçün qaçırılmamalı maraqlı bir səma hadisəsi hesab olunur.



Yeddi planet səmada düzüləcək - 15 il GÖRMƏYƏCƏKSİNİZ
Sabah planetlərin paradıdır: Necə izləmək olar?
Bu tarixdə nadir hadisə baş verəcək: planetlərin paradı başlayır
Planetlərin mini paradı başlayıb
Sabah Yer kürəsinin sakinlərinin gözü səmada olacaq - ÖZƏL GÜN
Bu həftə meteor yağışı olacaq
Sabah tarixi hadisə yaşanacaq: Bir daha görməyəcəyik - Video
DİQQƏT BU TARİXƏ: Nadir hadisə...
Bu tarixlərdə Ay tutulmaları olacaq
Sabah ilin ilk Ay tutulması baş verəcək
Hər kəsin gözü ORA DİKİLƏCƏK: Sabah bu saatda...
Gələn il Günəş və Ay tutulmalarının sayı və tarixi AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 