Oruc İslamın əsas ibadətlərindən biridir və onunla bağlı hökmlər şəriət qaydaları ilə dəqiq şəkildə müəyyənləşdirilib. Bəzi hallarda isə möminlər üçün istisnalar nəzərdə tutulur. Bu istisnalardan biri də səfərlə bağlıdır.
ONN media-nın məlumatına görə, səfərə çıxan şəxsin orucunun hökmü tez-tez sual doğuran mövzulardandır. İslam fiqhində səfər xüsusi hal kimi qiymətləndirilir və müəyyən şərtlər daxilində müsafir olan şəxsin oruc tutub-tutmaması fərqli qaydalarla tənzimlənir.
İlahiyyatçı Fərid Abdullah bildirib ki, səfər fiqhdə oruc məsələsinə birbaşa təsir edən hallardandır:
"Səfərdə dörd rəkətli namazları iki rəkət qılan müsafir oruc tutmamalıdır. Lakin namazını tam qılan – yəni işi səfər olan və ya səfəri günah səfəri sayılan şəxs – səfərdə də oruc tutmalıdır.
Əgər oruc tutan şəxs zöhr namazından sonra səfərə çıxarsa, həmin günün orucunu tamamlamalıdır və bu halda qəza vacib deyil. Amma zöhrdən əvvəl yola düşərsə, həddi-tərəxxüsə çatmamış orucu pozan hər hansı əməl etməməlidir. Həddi-tərəxxüs şəhərin divarlarının görünmədiyi və azan səsinin eşidilmədiyi məsafədir.
Bir şəxs bir il ərzində altı ay və ya iki il ərzində üç ay davamlı səfərdə olmağı planlaşdırarsa, yaxud həftədə üç gün, ayda azı on gün səfərdə olarsa və ya on dəfə səfər edərsə, kəsirus-səfər (çox səfər edən) hökmündə sayılır. Lakin həftədə bir gün səfərdə olmaq bu kateqoriyaya daxil edilmir."
İlahiyyatçı qeyd edib ki, müsafirin namaz və oruc məsələləri geniş fiqhi mövzudur və dəqiq hökm üçün din xadimlərinə və mötəbər fiqh mənbələrinə müraciət etmək tövsiyə olunur.



Bu şəxslərə oruc tutmaq OLMAZ! – Mütləq oxuyun
Bu şəxslərə oruc tutmaq olmaz
Oruc tutanların diqqətinə- İmsak vaxtı...
Pandemiya şəraitində oruc tutmağın QAYDALARI
Namaz qılmayan şəxsin orucu qəbul olur?
Fətva verildi: Karantində necə oruc tutmaq olar?
Oruc tutmaq barədə 7 yanlışlıq
Uşaqlar oruc tuta bilərmi?
Niyyət gecəsi nə etməli?
Ramazanda müalicə alanların DİQQƏTİNƏ! - Bu hallarda oruc pozulmur
Orucun orqanizmə təsiri nədir?
Oruc tutmaq koronavirusa qarşı ümmuniteti zəiflədir? – AÇIQLAMA
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 