Müqəddəs Ramazan ayında ən çox verilən suallardan biri də dərman qəbulunun oruca təsir edib-etməməsi ilə bağlıdır.
Xüsusilə xroniki xəstəlikdən əziyyət çəkənlər və müalicə alan şəxslər bu mövzuda tərəddüd yaşayırlar.
Məsələ ilə bağlı ilahiyyatçı Fərid Abdullah açıqlamasında bildirib ki, bəzi hallarda dərman istifadəsi orucu pozmur.
Onun sözlərinə görə, astma xəstələrinin istifadə etdiyi inhalyator (nəfəs açıcı məhlul) birbaşa ağciyərlərə gedir və qida borusuna daxil olmursa, bu zaman oruc pozulmuş hesab edilmir.
İlahiyyatçı qeyd edib ki, Ramazan ayında insanı zəiflədə biləcək və orucun mahiyyətinə zidd olan hallardan uzaq durmaq tövsiyə olunur:
"Lakin zərurət yarandıqda tibbi müdaxilələrə icazə verilir. Məsələn, diş çəkdirmək olar, amma udma baş verməməlidir. Eyni zamanda iynə vurdurmaq və ya sistem qoşdurmaq da mümkündür. Burada əsas şərt həmin preparatların qidalandırıcı olmaması və qidanı əvəz etməməsidir".
Dinşünas vurğulayıb ki, hər bir vəziyyət fərdi şəkildə qiymətləndirilməlidir. O, möminlərə qarşılaşdıqları hallarda öz mülahizələrinə əsaslanmaq əvəzinə din xadimlərinə müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, Ramazan ayında oruc qaydaları ilə bağlı suallar xüsusilə sağlamlıq məsələlərində daha çox aktuallaşır. Bu səbəbdən mütəxəssis rəyi almaq həm dini baxımdan, həm də sağlamlıq baxımından düzgün qərar verməyə kömək edir.



Bu şəxslərə oruc tutmaq OLMAZ! – Mütləq oxuyun
Koronaviruslu günlərdə kimlər oruc tuta bilməz? – XƏBƏRDARLIQ
Pandemiya şəraitində oruc tutmağın QAYDALARI
Türkiyədə Ramazan bayramı təxirə salınır?
Bu şəxslərə oruc tutmaq olmaz
Ramazanda burun spreyindən istifadə etmək olarmı? - ORUCU POZURMU?
Xroniki xəstəliyi olanlara Ramazan XƏBƏRDARLIĞI
Orucun xərçəngə qarşı inanılmaz faydası - Şok faktlar
Ürək-damar xəstəlikləri olanlar oruc tuta bilərlər?
Sahurda edilən ən böyük SƏFLƏR NƏDİR?
Ramazan bayramının dəqiq vaxtı: Ay bu vaxt görünəcək...
Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 