Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib.
ONN media bildirir ki, S. Cavid bunu bu gün "The Sun" qəzetinə müsahibəsində bildirib.
S. Cavid hadisənin bir anda baş verdiyini qeyd edib: "Mən Londonda Yuston vağzalı yaxınlığında idim. Telefonumu əlimə aldım ki, taksi çağırım. Nə baş verdiyini anlayana qədər artıq hadisə olmuşdu. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və aradan çıxdılar".
Daxili işlər naziri Böyük Britaniya şəhərlərində küçələrdə zorakılığın azaldılması üçün internetdə bıçaq satışına qadağa qoyulmasını, polislərin gənclərlə profilaktiki söhbətlər aparmasını, o cümlədən narkotik satıcıları ilə mübarizənin gücləndirilməsini zəruri sayıb.
Qeyd edək ki, S. Cavid bu il aprelin 30-da daxili işlər naziri təyin edilib. Bundan əvvəl isə region məsələləri və yerli idarəetmə üzrə nazir olub. S. Cavid Pakistan əsilli miqrant ailəsində anadan olub, Böyük Britaniyada etnik azlığa mənsub ilk daxili işlər naziridir.



Nazir polkovniki İŞDƏN ÇIXARDI
Azərbaycanın yeni daxili işlər naziri təyin edildi
Maliyyə naziri İSTEFA VERDİ
Vilayət Eyvazovdan yeni təyinatlar
DİN meyxanaçı ilə bağlı iddiaları təkzib etdi
Daxili işlər nazirinin 1-ci müavini kim olacaq?
Prezident Cavid Qurbanova yeni VƏZİFƏ VERDİ
Conson istefa verəcək?
Naxçıvana yeni daxili işlər naziri təyin edilib
Daxili İşlər Nazirliyində yeni idarə rəisi təyin edildi
Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT
Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 