"Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır".
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Və iddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə, cəzalandırılır. Doğrudanmı, bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib, istintaq materialları tanış ola bilər. Halbuki o, istintaqa öz əməlini etiraf edib. Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.
Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib. Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib", - E.Hacıyev bildirib.(Report)



Bakıda şok əməliyyat: Ana və oğlu tutuldu
Polislərdən BÖYÜK ƏMƏLİYYAT: Narkotik satışı ilə məşğul olan şəbəkə İFŞA EDİLDİ
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
SON DƏQİQƏ: Tanınmış meyxanaçı saxlanıldı
Şirvanda "NARKOTİK OVU": Keçmiş məhkum da işin içində olub
Polis əməliyyat keçirdi - Həbs edilənlər var (VİDEO)
Narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanıldı
Bakının mərkəzində BÖYÜK ƏMƏLİYYAT: Narkotacir ƏLƏ KEÇDİ - VİDEO
Bakıda qadın narkotacir HƏBS EDİLDİ
Polis əməliyyat keçirdi: saxlanılanlar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 