İşləmək insanın enerjisini əlindən almamalı, əksinə onu xoşbəxt etməlidir. Bunu nəzərə alan Perpetual Guardian şirkəti maraqlı bir araşdırma etmək qərarına gəlib. Onlar iş yükünü azaltmaq və maaşda heç bir dəyişiklik etməməklə işçilərin məhsuldarlığını yoxlamaq qərarına gəliblər. Bundan sonra işçilər 24% daha səmərəli işləməyə başlayıblar.
ONN media xəbər verir ki, Araşdırma Oklend Texnologiya Universiteti tərəfindən həyata keçirilib. Təcrübədə işçilər 5 deyil, 4 gün işləyib və 32 saatlıq iş rejiminə görə yenə eyni məbləğdə maaş alıblar. Bu iş rejimi işlərin daha məhsuldar olmasına şərait yaradıb. Məsələn, işçilər daha kreativ olub, daha az gecikmə halları yaşanıb və işlər vaxtında təhvil verilib. Bundan əlavə işlərin normasında getməsi üçün rəhbərlik bəzi dəyişikliklər də tətbiq edib. Məsələn, iclas vaxtları 2 saatdan 30 dəqiqəyə qədər azaldılıb. Həmçinin texnoloji yeniliklər də işçilərin daha səmərəli işləməsinə yardımçı olub. Məsələn, onlar üçün siqnal sistemi təşkil olunub, hansı ki, hər hansı şəxs işlədikdə həmkarları onu çağırsa həmin zənglə məşğul olduğunu bildirir.
Şirkət rəhbəri bildirib ki, bu təcrübəni işdə səmərəlilik haqda hesabatı oxuduqdan sonra həyata keçirmək qərarına gəlib. O, insanların bu dəyişikliyə müsbət reaksiya verdiyini, əlavə olaraq şirkətin kommunal xərclərinin 20% azaldığını, yoldakı tıxacların da bu səbəbdən həll oluna biləcəyi bildirib. İndi geriyə şirkətin bu qərarı təsdiqləməsi qalır. Xatırladaq ki, bu təcrübə Yeni Zelandiyada həyata keçirilib. Hansı ki, burda insanların həftəlik iş yükü orta hesabla 37.6 saat, Amerikada isə bu rəqəm 38.6 saat təşkil edir. Məlumat üçün bildirək ki, bundan öncə İsveç də buna bənzər addım atmış, yaşlılar üçün iş saatını 8 saatdan 6 saata endirmişdi. Bütün hallarda bu öz müsbət nəticəsini vermişdi.
"Həftədə 40 saatlıq iş rejimi keçmişin qalıntısıdır." Bu haqda açıqlamanı Veon şirkətinin baş IT şöbə rəhbəri deyib.
Yəqin ki, gələcəkdə bu vəziyyət daha fərqli xarakter daşıyacaq. Ən azından buna ümid etmək olar, çünki robot texnikasının inkişafı məhz insanları əlavə iş yükündən xilas etmək üçün nəzərdə tutulub.



“Niyə insanlar saat 8-ə kimi işləməlidir?”
Evdən işləyən işçilər məzuniyyətə çıxa bilməyəcək? Hüquqşünas CAVABLANDIRDI
İşçilər iş saatlarını özləri seçəcəklər- QƏRAR
Mark işçiləri ilə bağlı inanılmaz qərar verdi
Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır
Play Store gücləndi
AMEA-nın strukturuna dəyişikliklər ediləcək
Daha bir şirkət Rusiya bazarını tərk edir
Bütün işlər dayanmalıdır- RƏSMİ
Arıqlamağın düşməni tapıldı
Ölkəmizdə 4 günlük iş rejiminə keçirilərsə, nə dəyişəcək?
SOCAR-da kütləvi ixtisarlar olacaq? - RƏSMİ AÇIQLAMA
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 