Günəş sisteminə yaxın fəzada "Super-Yer" adlandırılan donmuş və Yerin bənzəri olan planet kəşf olunub.
ONN media SİA-ya istinadla xəbər verir ki, yeni planetin yerinin müəyyən olunması iyirmi il davam edən elmi araşdırmalar nəticəsində mümkün olub. "Bernard" ulduzunun yaxınlığında və Günəş sistemindən 6 işıq ili uzaqlıqda yerləşən "Super-Yer" bizim planetdən 3,2 dəfə böyükdür. O, hər 233 gündən bir "Bernard" ulduzunun orbitində görünür.
Kataloniyadakı Kosmik Araşdırmalar İnstitutunun astronomu İqnasi Ribas bildirib ki, artıq 4 minə yaxın Günəş sisteminin yaxınlığında yerləşən "cırtdan planet" kəşf olunub. "Super-Yer" isə onların arasında ən böyük və Günəş sisteminə ən yaxın məsafədə yerləşən göy cismidir. Onun həcmi Yerdən böyük olsa da, nəhəng qaz planetləri ilə müqayisədə kiçikdir. "Çox diqqətli təhlillərdən sonra biz bu planetin dəqiq yerini təsbit edə bildik. Onun ətrafında parlaq ulduzları, planetləri aşkar etmək üçün tədqiqatlarımız davam edir", -deyə astronom əlavə edib.
Astronomlar bildiriblər ki, yeni kəşf olunmuş planetdə temperatur mənfi 170 dərəcə selsi təşkil edir. Bunun səbəbi isə "Super-Yer"in bizim planetə nisbətən 98 faiz az Günəş enerjisi almasıdır.



Yer kürəsi böyüklüyündə yeni planet kəşf edildi
Günəş sistemi yaxınlığında xeyli sayda “qəhvəyi cırtdan” aşkarlandı
Üç yeni planet kəşf edildi: Birində həyat ola bilər
Yeni planet kəşf edildi
Yupiter Yerə maksimum yaxınlaşdı
Kəşf olunan yeni planetdə canlı həyat varmı?
Günəş sistemində neçə planet var: 8 yoxsa 9?
Yer kürəsinin bənzəri kəşf edilib
Merkuri planetinin İLK FOTO
Planetlərin mini paradı başlayıb
Venera necə cəhənnəmə çevrilib? - Qırmızı planetdə YENİ MİSSİYA
Güclü ulduz partlayışı olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 