Müəyyən vaxtlarda hər birimiz pis əhval-ruhiyyədə oluruq. Bu, bəzən səbəbli olsa da, səbəbsiz baş verməsi də geniş yayılıb.
ONN media oxu.az -a istinadən buna qalib gəlməyin və özünü xoşbəxt hiss etməyin ən effektiv yollarını təqdim edir:
1. Yemək və idman
Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın birinci yerindədirlər. Xüsusən də, şokolad əhvalınızın yüksəlməsinə və özünüzü daha xoşbəxt hiss etməyə səbəb olacaq. Ən adi gəzinti də əhvalınızı dəyişə bilər. Günəşli günlərdə küçəyə çıxmağa tənbəllik etməyin.
2. Yaradıcılıqla məşğul olmaq
Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, yazmaq - hər biri kömək edə bilər. Bunları mükəmməl etmək vacib deyil, bacarmasanız da, öyrənməyə cəhd edin.
3. Gülümsəyin
Özünü çox pis hiss edirsinizsə, gülümsəyin. Yaxşı əhval-ruhiyyə ilə gülüş arasında xüsusi əlaqə var. Üzün mimikası əhvalınızı dəyişməyə təsir edə bilir.
4.Yaxşı bir əməl edin
Başqası üçün yaxşı nəsə etsəniz, özünüzü də yaxşı hiss edəcəksiniz. Hətta ən kiçik yaxşı əməliniz də əhvalınızı yüksəldəcək.
5. Musiqi dinləyin
Musiqi - sirli qüvvədir. Sevimli musiqinizi dinləyin.
6. Mənfi emosiyanı başqalarına hiss etdirməyin
İnsanlar eqoistdir və ilk növbədə, özləri haqda düşünür. Bu, əslində, normaldır. Amma əhvalınız pis olanda digərlərinin də kefini pozmaq yaxşı deyil. Başqalarını incidəcək və ya kobudluq edəcəyinizi düşünürsünüzsə, həmin yerdən uzaqlaşıb tək qalmaq hər zaman yaxşı fikirdir. Sonra özünüzə bu hərəkətinizə görə minnətdar olacaqsınız.
7. Anı tutun
Gözlərinizi yumun və nəsə düşünün. Beynimiz elə qurulub ki, onda ilişib qalan bir hadisə onun haqda daha da çox düşünməyə, o hadisənin mənfi enerjisini böyütməyə səbəb olur. Ancaq dərdiniz barədə düşündüyünüzü hiss edəndə başqa fikirlərə keçid edin. Özünüzə yazığınız gəlməsin və ən yaxşısı, sizi məşğul edəcək bir işlə məşğul olun.
8. Dərindən nəfəs alın və beyninizi təmizləyin
Bir neçə dərin nəfəsalma sakitləşməyinizə kömək edəcək. Bunu meditasiyanın ən sadə forması hesab etmək olar.
9. Səbəbləri tapın
Kefinizin pis olması nadir hallarda baş verirsə, narahat olmağa dəyməz. Tez-tez kefiniz pozulursa, mümkün ola biləcək səbəbləri araşdırın. Gündəlik tutun və açar hadisələri qeyd edin, sonra onları analiz edin. Bu, səbəbi tapmağa kömək edə bilər.
10. Problemi həll edin
Bu, ən vacibidir. Səbəbi tapdınızsa, onunla mübarizə aparın. İnsanla bağlı məsələdirsə, özü ilə danışın. Bütün fikirlərinizi və boş vaxtınızı ona həsr etməyin, amma həyatınıza mane olmasına da imkan verməyin.



Xoşbəxtlik hormonunu sağlam yolla artırın
İnsanı xoşbəxt edən hormonlar
Uzunömürlülük sirri - MÜTLƏQ 4 FƏNDİ EDİN
Həyatınızı kökündən dəyişdirəcək 100 QAYDA
Təzyiq və stresdən ürəyi qorumaq üçün 4 üsul
Əsla buna yoluxma, yoxsa... - Alimlərdən VACİB XƏBƏRDARLIQ
Hər səhər xoşbəxt oyanmağın 7 YOLU
Fitnesin inanılmaz faydaları
Hər səhər yuxudan xoşbəxt oyanmağın 7 YOLU
Acqarnına bunları etməyin - 4 SƏHV
Gülüş ömrü uzadır
Günün qoroskopu: maliyyə məsələlərinin həlli ilə məşğul olmaq əlverişli deyil
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 