Yeni ilin gəlməsinə bir neçə gün qalıb. Bu bayramı isə al-əlvan oyuncaqlarla bəzədilmiş yolkasız - şam ağacısız təsəvvür etmək mümkün deyil. İnsanlar əvvəllər təbii küknar ağacından istifadə etsələr də, təbiəti qorumaq üçün artıq süni ağaclara üstünlük verirlər. Çoxları bu ənənəni xristian dini ilə əlaqələndirirlər. Maraqlıdır, həqiqətənmi şam ağacı bəzəmək ənənəsi xristian dini ilə bağlıdır?
Kult.az Yeni il bayramının mühüm atributu olan şam ağacının tarixi haqda məlumatı təqdim edir:
Əslində, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan xeyli əvvəl başlayıb. Onun hansısa dinlə bağlı olduğunu demək əsassızdır. Hələ miladdan əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu da həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb, qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən “Adəm və Həvva” bayramının rəmzi idi.
Bəs necə oldu ki, bu ənənə bütün Avropada yayıldı?
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya bu ənənəni burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ Evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.



İlham Əliyev xristian icmasını təbrik etdi
Bu emblem necə yaranıb? - MARAQLI TARİXÇƏ
Bakıda Yeni il hazırlıqlarına başlanılıb - VİDEO
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb
Bakı bulvarında yeniliklər: Yeni illə bağlı nələr olacaq?
İlham Əliyev provaslavları təbrik edib
İlham Əliyev onları təbrik etdi
Ziyanın qiymətləndirilməsi prosesi başlayıb - Prezident
Azərbaycanda Novruz bayramı qeyd edilir
Prezident Şuşada yeni məscidin təməlini qoydu
21 dekabr - Qədim türklərin Yeni il kimi qeyd etdiyi TARİX
Alban-udi xristian dini icması bəyanat yaydı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 