ONN İnformasiya Agentliyi

Hindistanda nadir ilan növü tapılıb

Hindistanda nadir ilan növü tapılıb
16 İyul 2022 - 9:56

Hindistanda ikibaşlı ilan tapılıb.

Hindistanın Deoli şəhərində (Racastan ştatı) məbədlərdən birinin yaxınlığında aşkarlanan 17,7 sm uzunluğunda nadir ilan videoya çəkilib.

Yerli təbiəti mühafizə cəmiyyəti ilanın Hindistan, Nepal, Banqladeş, Pakistan və Şri-Lankada rast gəlinən və zəhərsiz olan xallı boa olduğunu bildirib.

Cəmiyyətin əməkdaşları ikibaşlı boanı özləri ilə aparıblar və indi onun qayğısına qalırlar. Adətən belə anomaliya ilə doğulan ilanlar uzun ömür sürmürlər, çünki onlar özlərini vahid orqanizm kimi dərk etmirlər və bu səbəbdən də qida üçün mübarizə aparırlar. Bu vəziyyətdə başlardan biri adətən digərindən daha çox inkişaf edir.

Deolidə tapılan bu sürünən isə təxminən altı aylıqdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png