ONN İnformasiya Agentliyi

İnstagramın çəhrayı gözəli kimdir?

İnstagramın çəhrayı gözəli kimdir?
14 Dekabr 2023 - 18:27

Həyatımızın hər sahəsində görünməyə başlayan süni intellekt texnologiyasının yaratdığı model Aitana Lopez sosial şəbəkələrdə sürətlə populyarlaşmağa davam edir.

ONN media xarici mətbuata istinadən xəbər verir ki, o, real insan olmasa da, artıq kifayət qədər izləyici toplaya bilib.

İspaniyada fəaliyyət göstərən bir agentlik real modellər və influenserlərlə işləmək əvəzinə süni intellektdən istifadə edərək öz sosial media fenomenlərini yaradır. Aitana Lopez adlı 25 yaşlı virtual influenser soial mediada güclü və qətiyyətli qadın kimi təsvir edilir. Bloqunda idmana getdiyi, fitneslə məşğul olması haqda paylaşımlar edir və sağlam qidalanmanın təbliği ilə məşğul olmağa çalışır.

Virtual influenserin 6 ayda 227 min izləyiciyi yığdığı və ayda 11 min dollar qazandığı üzə çıxıb. Aitananı yaradan agentliyin qurucusu Ruben Kruz isə bildirib ki, real modellər və influenserlərlə işləməkdən bezib və daha onların eqo və kaprizlərinə dözmək istəmədiyi üçün Aitananı dizayn etməyə qərar veriblər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png