ONN İnformasiya Agentliyi

Şahzadənin Kəbənin üzərinə çıxması qalmaqal yaratdı – VİDEO

Şahzadənin Kəbənin üzərinə çıxması qalmaqal yaratdı – VİDEO
13 Fevral 2019 - 14:19

ONN media xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman müsəlman aləminin müqəddəs məkanı olan Kəbədə son bərpa və yenidənqurma işlərinə baxış keçirmək üçün 600 hərbçinin qoruması altında Məkkəyə ziyarət edib.
 
Ziyarəti zamanı Məhəmməd bin Salman səhər saatlarında əvvəlcə Kəbənin içərisinə daxil olub, daha sonra isə təmizlik işçiləri ilə birlikdə Beytullahın (Kəbə binası) üstünə çıxıb. Jurnalist Camal Kaşoqinin qətlində əli olduğu iddia edilən vəliəhd şahzadənin bu davranışı sosial şəbəkələrdə ciddi mübahisəyə səbəb olaraq tənqid edilib.

Dünyanın müxtəlif yerlərindəki müsəlmanlar Məhəmməd bin Salmanın Kəbənin üstünə çıxmağa layiq olmadığını və müqəddəs yeri çirkləndirdiyini yazıblar: “Kəbədə olmaq Məhəmməd bin Salmanı üzərinə bulaşmış Camal Kaşoqi qanından, azadlıq tələb edən qadınların işgəncə naləsindən, həbsdə olan alimlər və ziyalıların ahından, Yəməndəki uşaqların qanından və digər günahlarından xilas etməyəcək”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png