ONN İnformasiya Agentliyi

“Whatsapp”da yeni funksiya işə salınır

“Whatsapp”da yeni funksiya işə salınır
23 Fevral 2023 - 8:44

“WhatsApp”da  “Newsletter” adlı yeni funksiya işə salınır.

Mənbənin məlumatına görə, yenilik “WhatsApp”ın beta 2.23.5.3 versiyasında görülüb.

Funksiyanın xəbər lenti olacağı güman edilir.

O da bildirilir ki, “Newsletter”də reklamlar, eləcə də hər bir istifadəçi üçün fərdi tövsiyələr yaradan alqoritmlər olmayacaq – məzmunlar bütün “WhatsApp” çatları kimi prioritetlər olmadan xronoloji ardıcıllıqla göstəriləcək. İstifadəçi kimin lentinə abunə olacağını müstəqil seçə biləcək.

“Newsletter” hazırda erkən inkişaf mərhələsindədir. Onun nə vaxt geniş istifadəçi kütləsi üçün əlçatan olacağı məlum deyil

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png