ONN İnformasiya Agentliyi

“Whatsapp”da YENİ funksiya

“Whatsapp”da YENİ funksiya
01 İyul 2018 - 8:35

“Whatsapp”da kanallar yaratmağa imkan verən yeni funksiya fəaliyyətə başlayıb.

ONN media xəbər verir ki, bu barədə “TechCrunch” nəşri məlumat yayıb.

Yeni rejim qrup yazışmalarında adminlərdən başqasına ismarış göndərməyi məhdudlaşdırmağa imkan verir. Bu funksiyanın işə salınması üçün “Qrup parametrlər” bölməsindən “İsmarış göndərmə” bölməsinə keçərək “Yalnız adminlər üçün” seçilir.

“Qrup çatları əsasən, bir çox istifadəçilər, nümunə üçün, müəllimlər və valideynlər arasında vacib məlumatların əldə edilməsi üçün istifadə edilir. Yeni funksiyanı bu cür qrup adminləri üçün tətbiq etdik”, – deyə tətbiqin tərtibatçılarının sözlərindən sitat gətirilib.

Yeni funksiya “WhatsApp”ın sonuncu versiyasının bütün istifadəçiləri üçün əlçatandır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png