ONN media xəbər verir ki,Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.
Uzun illərdir Türkiyənin Adana şəhərində yaşayan Azərbaycanın əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.
Yunan yazıçı Yakovos Kambanellisin "Möcüzələr həyəti" ("Harikalar Avlusu") adlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının Baş rejissoru və "Altın Koza" Film Festivalının Baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.
Tamaşa Afinanın kənar məhəllələrində yaşayan insanların yaşadıqları çətinliklərdən qurtarmaq üçün apardığı mübarizədən, ümidlərindən bəhs edir. Eyni həyətə baxan beş otaqda yaşayan beş ailənin iç-içə davam edən həyatındakı sevinci, kədəri, sirləri bölüşməsi, bir-birinə dəstək olaraq yaşamaq uğrunda mübarizəsi anladılır.
Premyeranın sonunda İsmail Dikilitaş tamaşanın rejissoru, professor Cahangir Novruzova gül dəstəsi təqdim edərək minnətdarlığını bildirib. O, eyni zamanda teatr sənətini yaşatdığı və teatr xadimlərinə böyük dəyər verdiyi üçün Adana Böyükşəhər Bələdiyyə sədri Hüseyin Sözlüyə təşəkkür edib.



Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
Nazir Cahangir Novruzova “Xalq artisti” fəxri adını təqdim edib
“Eşqi-Nigar”a ictimai baxış olub
Şəki Dövlət Dram Teatrı mövsümü bu tamaşa ilə açdı
Türkiyədə bələdiyyə binasına hücum edildi
Nəsibə Zeynalovanın oğlu ilə gəlinindən MARAQLI PAYLAŞIM - FOTO
Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin premyerası keçiriləcək
FIFA Türkiyə klubuna ağır cəza verdi
Türkiyədə zəlzələ baş verdi
Dünyanın ən bahalı maddəsini satarkən ƏLƏ KEÇDİ
Adana şəhəri silkələndi
1 fevral Lütfi Məmmədbəyovun vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 