Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə ərzində 9 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar 16, 17, 18, 19 noyabr tarixlərində saat 11.00, 12.00, 14.00, 15.00, 16.00 və 19.00-da "Hacı Qara" (M.F. Axundzadə), "Qızıl cücə" (V. Ulanovski, V. Orlov), "Arşın mal alan" (Ü. Hacıbəyli), "Molla Nəsrəddinin beş arvadı" (İ. Sadıqov), "Bremen musiqiçiləri və Pen" (C. Barri, Qrimm qardaşları), "Mən dəyərəm min cavana" (F. Sücəddinov, T. Vəliyeva) və "Düyməcik" (H.K. Andersen) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 16, 18 noyabr tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun "Qızıl cücə", 19 noyabr saat 14.00-da H.K. Andersenin "Düyməcik" əsəri rus dilində, həmin gün 12.00-da C. Barri, Qrimm qardaşlarının "Bremen musiqiçiləri və Pen" nağıl-tamaşası Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar təqdim olunacaq səhnə əsərlərində sevimli aktyorları - Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Nahidə Orucova, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Nadir Xasıyev, Marina Litvenonko, Gülcahan Salamova, Nadejda Povelitsina, Gülçöhrə Abdullayeva, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Emil Heydərov, Gültac Əlili, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Rauf Babayev, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Əmrah Dadaşov, Aydan Həsənova, Səməd Xasıyev, Nicat Əli, Atəş Qarayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov, Zaur Əliyev, Fərid Rzayev, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu şən və yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə etmək olar.
Bu həftə Musiqili Teatrda hansı tamaşalar olacaq?



Musiqili Teatrın may repertuarı
Akademik Musiqili Teatrın noyabr repertuarı
Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı
Azərbaycan Dövlət Kukla Teatrının noyabr repertuarı
Akademik Musiqili teatrının mart repertuarı açıqlandı
Musiqili Teatr həftəsonuna 4 tamaşa hazırlayıb
Azərbaycan Dövlət Musiqili Teatrın həftəsonu repertuarı
Teatrların yeni il proqramları açıqlandı
Zemfira Quliyevanın 80 illiyi keçiriləcək
Teatr sevənlərə şad xəbər
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açdı
Akademik Musiqili Teatrın iyun repertuarı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 