Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) yeni mövsümü açıq elan edib.
ONN media xəbər verir ki, yeni mövsümdə ilk tamaşalar sentyabr ayının 22-də nümayiş olunacaq.
Həmin gün uşaqlar üçün saat 14:00-da P.Cullifordun “Şirinlər”, axşam 19:00-da isə böyüklər üçün M.Füzulinin “Leyli və Məcnun” tamaşaları təqdim ediləcək.
Hazırda kollektiv M.Servantesin"Don Kixot” əsərinin məşqlərini davam etdirir, həmçinin Əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayıb təqdim edəcək.
Diqqətə çatdıraq ki, 9 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Yubiley tədbirinin rejissoru Xalq artisti, rejissor Vaqif Əsədovdur.



Teatr sevənlərə şad xəbər
Prezident Gənc Tamaşaçılar Teatrı ilə bağlı sərəncam imzaladı
"Leyli və Məcnun" Gənc Tamaşaçılar Teatrında
Gənc Tamaşaçılar Teatrının dekabr repertuarı
Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı
Gənc Tamaşaçılar Teatrının oktyabr repertuarı
Pantomima Teatrı 25 yaşını qeyd edir
Gənc Tamaşaçılar Teatrı- Tamaşalar təxirə salınıb
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Gənc Tamaşaçılar teatrının mart repertuarı
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Bu həftə Musiqili Teatrda hansı tamaşalar olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 