Azərbaycan Xalça Muzeyində xalqımızın qədim milli bayramı olan Novruz bayramı münasibətilə fevralın 27-dən başlayaraq çərşənbələrə həsr olunan tədbirlər təşkil olunacaq.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Xalça muzeyində Novruz bayramına qədər dörd ünsürlə bağlı olan Su, Od, Hava, Torpaq çərşənbəsi günlərində muzeydə ziyarətçilər üçün xüsusi proqramlar təqdim olunacaq.
Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olacaq. Eyni zamanda, Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən şagirdlər rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirəcəklər. “Öyrən və əylən” rubrikasında uşaqlara Novruz bayramından öncə xalqımızın qeyd etdiyi dörd çərşənbənin hər birinin özəlliyi, ifadə etdiyi mənalarla bağlı maraqlı məlumatlar təqdim olunacaq. Bu, Azərbaycan xalqının milli mənəvi, maddi və mədəni dəyərlərini, zəngin adət-ənənələrini gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.
Bununla yanaşı, muzeydə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində martın 3-ü və 4-də muzeyin uşaq muzeyi şöbəsi tərəfindən hazırlanan xüsusi proqram təşkil ediləcək. Qadınlara hədiyyə hazırlamaq üzrə ustad dərsləri keçiriləcək, iştirakçılara müxtəlif hədiyyə və suvenirlərin hazırlanması öyrədiləcək. Bu proqramlara qatılmaq istəyənlər daha ətraflı məlumat üçün muzeylə əlaqə saxlaya bilərlər.



Bu il Novruz festivalı yeni konseptdə təqdim olunacaq
Bu tarixdə Bakıda Novruz şənliyi keçiriləcək
Bu gün Azərbaycanda Novruz Bayramı qeyd olunur
27 sentyabrda hansı tədbirlər keçiriləcək?
Bu gündən Bakıda Novruz festivalı başlayır
Bu gün Azərbaycanda Novruz Bayramı qeyd olunur
Nəsimiyə həsr olunan xalça sərgisi açılacaq
Nazirlik Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
Bayram ab-havalı Bakı (FOTOSESSİYA)
Novruz çərşənbələrinin tarixləri açıqlandı
Latviyada Novruz şənliyi keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 