1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 25 il ötür. Rəsmi məlumatlarda qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib. Ölənlərdən 28-i uşaq, 3-ü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir. Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.
Bakı metrosundakı faciədən 25 il ötür



Bakıda dünyanın ən dəhşətli metro faciəsi – Video
Pakistanda dəhşətli qəza - Onlarla yaralı var
Təyyarə qəzasının ilkin versiyası üzə çıxdı
Bakıda tuneldə DƏHŞƏTLİ QƏZA - Avtomobil belə aşdı
Bakı metrosunda HƏYƏCANLI ANLAR: İşıqlar söndü, sərnişinlər qatarda qaldı
QORXUNC QƏZA - Qatar relsdən çıxdı - 50 ölü
Türkiyədə ağır qəza oldu- Ölənlər var
Tuneldə qatar relsdən çıxdı
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Qatarı relsdən çıxıb: 6 ölü, 35 yaralı- DƏHŞƏT
Ərdoğandan qəza ilə bağlı AÇIQLAMA
Hindistanda qatar relsdən çıxdı: ölənlər var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 