Türkiyə hökuməti bir sıra sosial şəbəkələrə qarşı yeni hüquqi qaydaları pozduqlarına görə müvafiq cərimələr tətbiq edib. ONN media xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan tvitterdə açıqlama verib: “İctimaiyyətdə sosial media qanunu olaraq bilinən 7253 nömrəli qanuna edilən dəyişikliklərlə Türkiyədə fəaliyyət göstərən və gündəlik giriş sayı 1 milyondan artıq olan əcnəbi şəbəkələrə əməl etmələri zəruri olan bəzi qaydalar bildirilmişdi. Qanuni müddətin başa çatmasından sonra nümayəndəsini bildirməyən “Facebook”, “İnstagram”, “Twitter”, “Periscope”, “YouTube”, “TikTok” kimi sosial şəbəkə idarəçilərinə 10 milyon lirəlik cərimə kəsilib”. Nazir müavini daha sonra qeyd edir ki, cari ilin 1 oktyabr tarixindən qüvvəyə minmiş qanuna əsasən, sözügedən cərimə ilkin tədbir kimi nəzərdə tutulur. Belə ki, bu cərimənin tətbiqindən keçən 30 gün ərzində də müvafiq öhdəlik yerinə yetirilməsə, 30 milyon lirəlik cərimə tətbiq olunur. Üstündən 30 gün keçdiyi müddət ərzində yenə də yerinə yetirilməməsi təqdirdə reklam qadağası tətbiq olunur, sonrakı 3 ay ərzində də yerinə yetirilməsə, internet trafiki 50 faiz azaldılır. Bundan sonra da lazımi addım atmayan sosial şəbəkələrin internet trafiki 90 faiz azaldılır. / Report
Sosial şəbəkələrə CƏRİMƏ KƏSİLDİ



Sosial şəbəkələrə girş yenə bağlandı
“Facebook” və “Instagram” niyə işləmir? - RƏSMİ AÇIQLAMA
DTX bu şəxslərə xəbərdarlıq etdi
Sosial şəbəkələr BAĞLANDI
TikTok daha bir ölkədə qadağan edilir?
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
Karantində yazılan cərimələr ləğv olunacaq?
DİN-dən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ
Bu ölkədə sosial şəbəkəylə bağlı qalmaqallı qanun qəbul olundu
Azərbaycanda sosial şəbəkələr çökdü
"Facebook" 1,5 milyondan artıq video SİLDİ
Parklanma qaydaları ilə bağlı YENİLİK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 