Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamenti "Hərbi vəziyyət rejiminin ləğvi haqqında" qanun layihəsinin müzakirəsini aparıb. ONN media bildirir ki, iclasda gərgin anlar yaşanıb. Müxalifət ölkədə hərbi vəziyyət rejiminin uzadılmasının hakimiyyətin siyasi ömrünü uzatmaq üçün bir hiylə olduğuna inanır. Öz növbəsində, iqtidar komandası bunu ehtiyac yaranarsa, sürətli cavab vermək üçün bir fürsət kimi qəbul edir. Hakim "Mənim addımım" blokunun üzvü Ovannes İqityan hərbi vəziyyət rejiminin uzadılmasını Ermənistanın üzərində Türkiyə təhlükəsinin dolaşması ilə izah edib: "Ordumuz döyüş hazırlığı vəziyyətində olmalıdır ki, pozuntu halında dərhal reaksiya verə bilsin". Müxalifətdə olan "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Naira Zohrabyan hakim blokun millət vəkilinə sərt cavab verib: "Düşmən bizi eşitdiyinə görə" "təslim olmaq" sözünü istifadə etmədiyinizi söyləyirsiniz. Sən "Artsax"ın türklər qarşısında diz çökdüyünü bilmirsən?” O qeyd edib ki, təhlükə hər zaman Ermənistanın üzərində qalacaq, amma bu, hərbi vəziyyət rejimini qorumaq lazım olduğu anlamına gəlmir. "Çiçəklənən Ermənistan" fraksiyasının millət vəkili Gevorq Petrosyan bəyan edib ki, hakimiyyət hərbi vəziyyət rejiminin qorunması zərurətinin lehinə bircə dəlil də gətirməyib: "Hamımız başa düşürük ki, hərbi vəziyyətin uzadılması hökumətin ömrünü uzatmaq üçün bir hiylədir". O, Nikol Paşinyanı gecikmədən istefa etməyə çağırıb. Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət rejimi sentyabrın 27-də Qarabağda hərbi əməliyyatların başlaması ilə tətbiq olunub.
Ermənistan parlamentində GƏRGİN ANLAR: "Sən bilmirsən ki, türklər..."



Ermənistan parlamentində DAVA DÜŞDÜ
Ermənistan parlamentində KRİTİK MÜZAKİRƏ
Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır
Ukraynada hərbi vəziyyət rejimi 1 ay da uzadıldı
Ermənistan parlamentində əlbəyaxa dava
Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı
Müdafiə Nazirliyi: "Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır"
Ermənistan parlamentində Azərbaycanla bağlı qapalı iclas
MN niyə “cavab atəşi” açmır? - Polkovnik
Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edildi
Ermənistan parlamentində DAVA: Paşinyan ƏLƏ SALINDI - VİDEO
Dərman və tibbi ləvazimat qıtlığımız var - erməni deputatdan ÇAĞIRIŞ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 