“Azəriqaz” İstehsalat Birliyi üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə Dövlət tərəfindən ayrılmış limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.
İstehsalat Birliyindən ONN media -ya verilən məlumata görə, hal-hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə borc 8 151 924 manat təşkil edir. Bura limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilən 6 005 ailə üzrə yaranan 5 696 937 manat həcmində borc da daxildir. Digər borclu abonentlərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə borc 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 210 manat.
Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və ya məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 01.11.2020-ci il tarixinə 1 164 708,86 manat borc yaranıb.
Məlumdur ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.
Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması nəzərdə tutulub. Eyni zamanda Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin mərhələli şəkildə qaz təchizatının dayandırılması da gözlənilir.



Məcburi köçkünlərə ödənilən müavinət artırılacaq? – Komitədən AÇIQLAMA
“Azəriqaz” İstehsalat Birliyi abonentlərin sayını AÇIQLADI
Məcburi köçkünlərə ŞAD XƏBƏR
Cəbhə zonasında qazın verilişi bərpa olundu
“Azəriqaz” abonentlərinin sayı 2 milyon 154 mini keçdi
Abonentlərin sayı 2 144 476-a çatıb
Laçında 150 ev təbii qazla təmin olundu
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
"Qaçqınkom": Bu məlumatlar həqiqəti əks etdirmir
Oktyabrın 1 -də bu rayonlarda QAZ OLMAYACAQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 