Dağlıq Qarabağdakı vəziyyətə nəzarət etmək üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi bölgədəki uzunmüddətli siyasətin elementi hesab edilməməlidir. ONN media xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkə mətbuatına müsahibəsində Türkiyənin Qarabağ münaqişəsinin həllində rolu barədə sualı cavablandırarkən bildirib. Onun sözlərinə görə, regiondakı mövcud reallıqlar nəzərə alınmalıdır: “Reallıqlar da bundan ibarətdir ki, bu gün bu məsələ Türkiyədən olan həmkarlarla müzakirə edilməlidir. Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Həmçinin Azərbaycana çox yaxın ölkədir. Bu amillər diqqətdən kənarda saxlanıla bilməz”. Medvedevin fikrincə, Moskva və Ankara məhsuldar dialoq qurub, iki ölkə prezidentləri bu mövzuda davamlı ünsiyyət saxlayıb və nəticədə Türkiyə və Rusiya rəsmilərinin iştirak etdiyi ümumi fəaliyyət üçün xüsusi nəzarət mərkəzinin yaradılmasına qərar verilib. Qeyd edək ki, Dağlıq Qarabağ Münaqişə Zonasında Atəşkəsə Nəzarət Birgə Rusiya-Türkiyə Mərkəzi, Rusiya və Türkiyə Müdafiə Nazirliyi rəhbərlərinin 11 noyabr 2020-ci ildə imzaladığı memoranduma uyğun olaraq 30 yanvar tarixində Ağdamda fəaliyyətə başlayıb.
Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI



Medvedevdən QARABAĞ AÇIQLAMASI
Ərdoğan Milli Təhlükəsizlik Şurasını toplayır: Qarabağla bağlı VACİB MÜZAKİRƏ
Rusiyadan Türkiyənin Azərbaycana əsgər göndərməsinə REAKSİYA
Lavrovdan QARABAĞ AÇIQLAMASI
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
Çavuşoğlu: “Sabah Soçidə Lavrovla Dağlıq Qarabağı da müzakirə edəcəyik”
İrandan Qarabağ TƏKLİFİ: Rusiya və Türkiyə...
Birgə Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə edildi
Akardan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
PUA-lar YENİDƏN QARABAĞDA: Türklər gəlir
Rusiyadan Qarabağ AÇIQLAMASI
Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 