Nazirlər Kabineti yanında Operativ Qərargah “COVID-19” pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi dövründə bir sıra məhdudiyyətləri ləğv edib. Bununla əlaqədar son günlər paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sahəsində gediş haqqının karta yüklənməsi üçün sərnişinlərin terminallardan istifadəyə olan tələbatının artması müşahidə olunur.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bakı Nəqliyyat Agentliyindən daxil olan, habelə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, “BakıKart” istifadəçilərinin rahatlığını təmin etmək məqsədilə, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi stansiya vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verib.
Bütün gün ərzində vestibüllərə daxil olmaq mümkündür.
İctimai nəqliyyatın sərnişindaşıma fəaliyyəti göstərmədiyi şənbə və bazar günləri istisna olmaqla, qalan günlər ərzində vestibüllər açıq olacaq. Həmçinin ödəmə məqsədilə vestibüllərdən istifadə edilməsinin zəruriliyini, intensivliyini və s. öyrənmək, zəruri tədbirləri görmək üçün müvafiq monitorinqlər aparılacaq.
Lakin xüsusi olaraq diqqətə çatdırılır ki, stansiyaların digər ərazilərinə daxil olmaq, o cümlədən platformadan keçməklə əks istiqamətdəki çıxışa doğru hərəkət etmək qəti qadağandır.
Sərnişinlərdən mövcud qaydalara riayət etmələri xahiş olunur və bildirilir ki, stansiya ərazisinə daxil olarkən mütləq qaydada tibbi maska düzgün taxılmalı və sosial məsafə gözlənilməlidir.



Metropolitendən tibbi maskalarla bağlı – Açıqlama
Bakı metrosu 72 gün sonra sərnişinlərin xidmətində
Bakı metrosu bu gündən fəaliyyətini DAYANDIRDI
“Bakı Metropoliteni”ndə bu qaydalar tətbiq ediləcək - SİYAHI
Sabahdan bu qadağalar götürülür
Bakı metrosu bu vaxt aralığında işləyəcək
Bakı metrosu həftəsonu işləyəcək, amma...
SON DƏQİQƏ: Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı QƏRAR VERDİ
Karatin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - Rəsmi cavab
Bakı metrosu bu günlərdə də BAĞLI QALACAQ
SON DƏQİQƏ: Bu tarixə kimi ictimai nəqliyyat həftəsonları işləməyəcək
BNA: "Marşrutlar adi rejimdə fəaliyyət göstərəcək"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 