Azərbaycanda sabiq məmurların nə qədər pensiya alması hər kəsin marağında olan mövzudur. Dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir. Qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər. ONN media xəbər verir ki, Unikal.org sabiq nazirlərin, məmurların və millət vəkillərinin nə qədər təqaüd almasını dəqiqləşdirib. Sabiq baş nazir Novruz Məmmədov 1500 manat pensiya alır. Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov 4000 manat təqaüd alır. Baş nazirin sabiq müavini Abid Şərifovun pensiyası 3500 manatdır. Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənova 4000 manat pensiya təyin edilib. Baş nazirin sabiq müavini Elçin Əfəndiyev 3500 manat pensiya alır. Baş nazirin sabiq müavini, sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasova 3500 manat təqaüd təyin edilib. Sabiq Təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun təqaüdünün məbləği 2300 manatdır. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 4000 manat pensiya alır. Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 3640 manat təqaüd təyin olunub. Sabiq millət vəkili Ağacan Abıyev 2500 manat pensiya alır.
Sabiq məmurlar nə qədər pensiya alır? - SİYAHI



Abid Şərifovun səhhəti pisləşdi
Pensiya ilə bağlı qanuna dəyişiklik edildi
Bu rayonların pensiya təyinatında dəyişikliklər OLUNDU
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Yanvar ayının pensiya ödənişləri yekunlaşdı
Azərbaycanda pensiya kapitalının məbləği artdı
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
Baş nazirdən pensiyalarla bağlı mühüm qərar
Əli İnsanovun həbsxanadan çıxarkən geyindiklərinin ŞOK QİYMƏTİ
Pensiya alanlara ŞAD XƏBƏR
Əmək pensiyası maddi yardımla birlikdə nə qədər artacaq? - Nazirlikdən AÇIQLAMA
Sabiq nazirin yaxın adamına YÜKSƏK VƏZİFƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 