Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində Coakkino Rossininin"Sevilya bərbəri” operasının tamaşası baş tutacaq.
ONN media xəbər verir ki, tamaşada azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcək.
Operada aparıcı partiyalardan birini - Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo ifa edəcək. D.Kaputonun vaxtaşırı Avropanın qabaqcıl teatr və konsert salonlarında böyük uğurla çıxış edir.
Tamaşanın dirijoru isə italiyalı dirijor Alessandro Kalkanenedir. O Avropa, ABŞ, Cənubi Koreyanın bir çox tanınmış simfonik orkestrləri ilə birgə çıxışlar etmişdir. Hazırda Milanın "Cantelli" orkestrinin baş dirijoru və İtaliyanın mötəbər musiqi festivalı "Milano: 5 Giornateperla Nuova Musica"nın bədii rəhbəridir.
"Sevilya bərbəri" operasının tamaşasında Azərbaycanın opera sənətini Teatrımızın solistləri - Xalq artisti Əli Əsgərov (Bazilio), Əməkdar artistlər İnarə Babayeva (Rozina), Fərid Əliyev (qraf Almaviva), Əkrəm Poladov (doktor Bartolo) və gənc vokalçı Nina Makarova (Berta) təmsil edəcək.



Opera və Balet Teatrında “Qu gölü” baleti nümayiş olunacaq
Opera və Balet Teatrında yeni ilin ilk tamaşası keçiriləcək
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu gün Müslüm Maqomayevin vəfat etdiyi gündür
25 oktyabr Müslüm Maqomayevin vəfat etdiyi gündür
Moskvanın Böyük Teatrında azərbaycanlıların iştirakı ilə opera oynanılacaq
"Leyli və Məcnun" nümayiş olunacaq
Akif Məlikovun yerinə o təyin edildi
Birinci vitse-prezident təqdimatda
Astanada Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib
Putin azərbaycanlı rəqqası təltif etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 