Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası - Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş "Dahi hekayəçi" baletinin ilk tamaşası keçiriləcək.
Teatrdan ONN media -ya verilən məlumata görə, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijonal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları heç şübhəsiz ki, uşaqlar və onların valideynlərinin çox xoşuna gələcək.
Balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr olunub. Tamaşanın süjet xəttini yazıçının "Kənd xoruzu və flyüger", "Qar kraliçası", "Düyməcik", "Qalay əsgər", "Sehirli dibçək", "Kralın təzə libası" kimi dünyada çox məşhur olan nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, "Zirvə" və "Qızıl dərviş" mükafatları laureatı Kamilla Hüseynova, dirijoru - dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Tamaşada Teatrın balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və b. çıxış edəcəklər.



Opera və Balet Teatrında “Şəhrizad” baleti nümayiş olunacaq
“Aşıq Qərib” baleti təqdim ediləcək
Opera və Balet Teatrında “Qu gölü” baleti nümayiş olunacaq
Azərbaycanın Xalq artisti vəfat etdi
Opera və Balet Teatrının sentyabr repertuarı
"Leyli və Məcnun" nümayiş olunacaq
Opera və Balet teatrının dekabr repertuarı
20 fevral Fikrət Əmirovun vəfat etdiyi gündür
Opera və Balet Teatrının aprel repertuarı
20 feral Fikrət Əmirovun vəfat etdiyi gündür
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 