"Mədəniyyət sahəsində çalışan şəxslər çox az maaşla işləyirlər".
ONN media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
"Mədəniyyət sahəsində çalışan insanların maaşlarında artım olacaqmı? Heç kimə sirr deyil ki, bu sahədə çalışan aktyorlarımız, sənət adamlarımız, yazıçılarımız, rəssam və bəstəkarlarımız, kitabxana və muzey işçilərimiz çox az maaşla çalışırlar. Həqiqətən, bu insanlar çox fədakardırlar. Onlar bəzən öz işlərini atıb başqa işlə məşğul olurlar ki, gəlirlərini yaxşılaşdırsınlar. Gənclərin bu səbəbdən başqa istiqamətlərə yönəlməsi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir. Sənədli və bədii film çəkmək istədikdə isə texniki heyət çatışmır. Düşünürəm ki, öz insan kapitalımıza sərmayə qoymalıyıq. 65 yaşa çatan müəllimlərimiz, kitabxana işçilərimiz, aktyorlarımız var. Onların təcrübəsindən yararlanmaq lazımdır. Vaxtilə elə aktyorlarımız olub ki, 85 yaşında teatr səhnəsinə çıxıblar. Məncə, bu, yaşla əlaqəli deyil. Düşünürəm ki, Əmək Məcəlləsinə yenidən baxmaq lazımdır. Mütləq yeni mexanizmlərin tapılması vacibdir", - deyə G. Əfəndiyeva bildirib.
Parlamentdəki müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov isə mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqılarının artırılması məsələsinə baxılsın:
"Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, onlar da əhatə olunacaqlar"



Əbülfəs Qarayev ABŞ-ın səfiri ilə görüşdü
Mədəniyyət Nazirliyi məlumat yaydı
Vətən Müharibəsində 6 mədəniyyət işçisi şəhid olub
Anar Kərimov Gürcüstana səfər edəcək
ŞAD XƏBƏR- Bu şəxslərin maaşları artırılacaq
Mədəniyyət naziri onlara YÜKSƏK VƏZİFƏ VERDİ
Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini ilə görüşdü
İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı nə qədərdir?
Milli Məclisin komitələrinin sədr müavinləri seçildi
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Gürcüstanda yeni nazirlik yaradıla bilər
Mədəniyyət naziri rəisi işdən çıxartdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 