Fuadın oğluna zəng etmişəm ki, gəlib məni aparsın. Bu xəbərdən sonra özümdə güc tapa bilmirəm ki, durub yanına gedim Fuadın. Ayaqlarım yer tutmur.
ONN media xəbər verir ki, bu sözləri kult.az-a Xalq artisti Rasim Balayev yaxın dostu və səhnə yoldaşı, Xalq artisti Fuad Poladovun ölüm xəbəri ilə bağlı danışarkən deyib.
R.Balayev bildirib ki, xəbəri eşidəndən özünə gələ bilmir:
"Xəbəri eşidəndən oturduğum yerdən dura bilməmişəm. Ağrılarım da artdı. İynə vurdurdum ki, özümə gəlim. Oğluna zəng etdim ki, gəlib məni aparsın Fuadın yanına. Özümdə güc tapa bilmədim".
R.Balayev F.Poladovla sonuncu söhbətlərindən də danışıb:
"Biz həmişə tez-tez danışırdıq. Xəstəliyindən sonra da danışırdıq. Son 1-2 ay idi zənglərimə cavab vermirdi. Ancaq sonra mesajla yazdı ki, səsim batıb artıq, danışmaq istəmirəm. Mən də zəng etmirdim ki, incitməyim onu. Elə mesajla danışırdıq. Axırıncı dəfə 2-3 gün qabaq danışmışdıq. Görüşməyi isə qəbul etmirdi. Heç qohumlarını da evə buraxmırdı. İstəmirdi kimsə onu xəstə yatağında görsün.
Fuad, yerin həmişə görünüb, yenə də görünəcək. Allah sənə rəhmət etsin, dostum".
Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.



Rasim Balayev xəstəxanaya yerləşdirildi
Rasim Balayevin səhhəti pisləşdi
Rasim Balayevin səhhəti yenidən PİSLƏŞDİ
Rasim Balayevdən Şəfiqə Məmmədova ilə bağlı AÇIQLAMA
Səhərdən telefonum susmur, hamı zəng edir - Rasim Balayev
Rasim Balayevin səhhətindən xəbər var
Bu gün Rasim Balayevin doğum günüdür
Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı: “Mənim hökumətlə nə problemim olasıdır ki..?”
Rasim Balayev müalicə üçün Türkiyəyə gedir
Xalq artisti ölüm xəbərindən danışdı
Nazirlikdən Rasim Balayev açıqlaması...
Rasim Balayev sədr seçildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 