Ad günümü öz evimizdə ailəmlə birgə qeyd edəcəyəm. Xüsusilə kimisə dəvət etməmişəm. Kim gəlmək istəyir, xoş gəlir, buyursun gəlsin. ONN media xəbər verir ki, bu sözləri 71 yaşını qeyd edən Xalq artisti Rasim Balayev deyib. “Səhər açılandan telefonum dayanmır. Sayını itirmişəm zəng edənlərin. Düzü ki, xüsusilə kimdənsə zəng gözləmirəm. Ümumiyyətlə, elə bir xüsusiyyətim də yoxdur ki, kimdənsə nə isə umum, etməyəndə də inciyim. Bütün dost-tanışım, sənət yoldaşlarım, incəsənət adamları hamısı zəng edirlər”. R.Balayev bildirib ki, ad günündə heç kəsdən hədiyyə gözləmir: “Hədiyyə sevən deyiləm. Yubileylərdə verilən köynəklər, qalstuklar, ətirlər hələ də qalıb. Heç imkan olmayıb hamısını istifadə etməyə. İndi yavaş-yavaş işlədirəm onları. 70 illiyimdə çox dost-tanış gəlmişdi. Onda da kimin xurcunundan nə çıxdı gətirmişdi, sağ olsunlar. Aralarında hələ də istifadə etdiyim hədiyyələr var. Məni təbrik edən, xoş sözlərini çatdıran, yazan hər kəsə minnətdaram!”
Səhərdən telefonum susmur, hamı zəng edir - Rasim Balayev



Rasim Balayev xəstəxanaya yerləşdirildi
Bu gün Rasim Balayevin doğum günüdür
Xalq artistinin ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu
Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı: “Mənim hökumətlə nə problemim olasıdır ki..?”
Rasim Balayevdən Şəfiqə Məmmədova ilə bağlı AÇIQLAMA
Rasim Balayev Elza Seyidcahanı biabır etdi - “Yiyəsi yoxdur?”
Rasim Balayev müalicə üçün Türkiyəyə gedir
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
8 avqust Rasim Balayevin doğulduğu gündür
Bu gün görkəmli aktyorumuz Rasim Balayevin doğum günüdür
Rasim Balayev sədr seçildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 