ONN İnformasiya Agentliyi

"Yabancı damat" serialının "Memik dede"si öldü

"Yabancı damat" serialının "Memik dede"si öldü
16-10-2025, 14:50
Türk teatr və kino sənətinin görkəmli simalarından olan Arif Erkin Güzelbeyoğlu dünyasını dəyişib.
ONN media xəbər verir ki, məlumatı aktyorun oğlu Mehmet Güzelbeyoğlu "Milliyet"ə açıqlamasında təsdiqləyib. Sevilən sənətçi 90 yaşında vəfat edib.
1935-ci il 11 sentyabr tarixində Qaziantepdə anadan olan Arif Erkin Güzelbeyoğlu çoxşaxəli yaradıcılığı ilə türk sənət tarixinə iz qoyub. O, yalnız aktyor kimi deyil, həm də memar, musiqiçi və bəstəkar kimi tanınıb. Uzun illər İstanbul Radiosunda solist və xor ifaçısı kimi çıxış edib, müxtəlif teatr tamaşalarına musiqi bəstələyib.
Sənətkar xüsusilə televiziya tamaşaçılarının yaddaşında "İkinci Bahar" serialındakı Zülfikar ağa və "Yabancı Damat" serialındakı Memik dede rolları ilə dərin iz qoyub.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png