Məşhur İranlı sənətçi Parisa Arsalani İstanbulda keçirilən “Beynəlxalq Kaman Festivalı”nda Azərbaycan musiqisindən ibarət repertuarı ilə sənətsevərləri valeh edib.
ONNmedia xəbər verir ki, Azərbaycan əsilli, tanınmış İranlı sənətçi Parisa Arsalaninin ötən həftə İstanbulda təşkil olunan konserti böyük marağa səbəb olub.
Bir çox yerli və xarici məşhur sənətçilərin səhnə aldığı Türkiyənin ən prestijli konsert salonlarından olan “Cemal Reşit Rey Konsert Salonunda” “Beynəlxalq Kaman Festivalı”nın final gecəsində konsert verən sənətçi, valehedici səsi və əvəz olunmaz çıxışı ilə sənətsevərləri bir daha özünə heyran edib.
Məşhur sənətçi bu konsertdə, Azərbaycan musiqisi və yeni albomunda yer alan repertuarından, o cümlədən “Sarı Gəlin”, “Ay Gülə Batın”, “Mən Səni Araram”, “Almanı Atdım Xarala”, “Ay İşığında”, “Ayrılıq” və Polad Bülbüloğlunun bəstəsi olan “Gəl Ey Səhər” kimi mahnıları səsləndirib.
Konsertin sonunda tamaşaçıların böyük rəğbəti və alqışlarından sonra səhnəyə qayıdan Parisa Araslani son olaraq “Ay Gülə Batını” səsləndirərək konsertini yekunlaşdırıb.
Xatırladaq ki, Parisa Arsalani bu günə qədər dəfələrlə Azərbaycanın bir çox dəyərli mükafatlarına layiq görülüb. (oxu.az)



Vaxtanq Kikabidze “Veselo”-da
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi
Məşhur türk sənətçi Bakıda konsert verdi - Foto
Çinarə Türkiyədə konsert verdi
Dima Bilan sevərlərinə BƏD XƏBƏR
Namiq 14 ildən sonra arzusunu reallaşdırdı
SON DƏQİQƏ: Məşhur sənətçi səhnədə öldü
Müslüm Maqomayevin mahnıları Almatıda səslənəcək
Fazil Say Bakıda konsert verəcək
Petek Dinçöz Şəkidə konsert verəcək – VİDEO
SON DƏQİQƏ: Türk sənətçi xəstəxanaya yerləşdirildi
Edis yenidən Bakıya gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 