Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı davam edir. Artıq 5 gündür ki, Qəbələ festivalı dünyaya səs salıb və burada MDB ölkələrindən olan tanınmış mügənnilərin, yumor aktyorlarının iştirakı ilə keçirilən rəngarəng konsertlər insanları öz sehrinə qərq edib. Bu festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərir.
ONN media xəbər verir ki, festivalın proqramına uyğun olaraq Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən gələn yüzlərlə turist, eləcə də yerli qonaqlar üçün Gürcüstanın xalq artisti, görkəmli kino aktyoru və müğənni Vaxtanq Kikabidzenin solo konserti olub. Yanvarın 9-da Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl Qəbələnin gözəlliyindən söz açan ifaçı yerli və xarici tamaşaçılar qarşısında çıxışdan qürur duyduğunu bildirib. Vaxtanq Kikabidze ecazkar səsi və zamanın fövqündə duran mahnıları ilə yenidən qəlbləri fəth edib. O, yaradıcılığının müxtəlif dövrlərinə aid mahnıları tamaşaçılara onların tarixçələrini danışaraq təqdim edib. Şux zarafatlar, məzəli söhbətlərlə zalda şən ovqat yaradan ifaçının çıxışı alqışlarla qarşılanıb. Sənətçi ən populyar mahnılarını rus dilində ifa edib.
V. Kikabidzenin tamaşaçılara təqdim etdiyi repertuarda onun məşhur “Mənim illərim-mənim sərvətim”, “Mimino” filmindəki mahnıları da olub. Canlı əfsanə, məşhur "Çitto Qritto" mahnısının ifaçısı Vaxtanq Kikabidze konsertdə təqdim etdiyi yeni mahnıları ilə də pərəstişkarlarını sevindirib. Bakıda 2 dəfə konsert verdiyini deyən tanınmış ifaçı Qəbələyə ilk dəfə gəldiyini, buranın gözəlliyinə və insanların xeyirxahlığına valeh olduğunu, Azərbaycanı çox sevdiyini bildirib. Konsertin sonunda tamaşaçı alqışları ilə yenidən səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı “Bəri bax”ın da daxil edildiyi “Qafqaz popurisi” ilə sona çatdırıb. O, tamaşaçıları yeni il münasibətilə təbrik edib, onlara sevgi və səadət arzulayib.
Sonra tanınmış gürcü müğənnisi Nutse Buzaladze Azərbaycan, rus, ingilis, gürcü və türk dillərində mahnılar oxuyub. O, tamaşaçılar qarşısında xalq artisti Polad Bülbüloğlunun oxuduğu “Şən Azərbaycan” mahnısını ifa edib. Sonra Gürcüstanın “Mqzavrebi” musiqi qrupunun çıxışı olub.
Qeyd edək ki, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı yanvarın 10-da Diana Arbeninanın iştirakı ilə “Nocnie Snayperi” qrupunun konserti ilə başa çatacaq. (apa)



Qəbələdə 12-ci Beynəlxalq yumor festivalı keçiriləcək
Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Ağalarov: “Jara-2020” beş gün davam edəcək
Şuşada “Xarıbülbül” festivalı başa çatdı
Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayev konsert verdi
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi
Mehriban Əliyeva: “Buradakı dostluq mühiti əsl incəsənət üçün sərhəd və maneələrin olmadığını göstərəcək”
Bakıda bayram festivalı keçiriləcək- ÖDƏNİŞSİZDİR!
Ərdoğanın oğlu Gədəbəydə
Şamaxıda hava şarları festivalı başladı
Emin Ağalarov elan etdi: "Jara" bu il...
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 