Azərbaycan mədəniyyətinin Açıq Ensiklopediyada təbliği məqsədi ilə Vikipediya üzrə təlimlərə start verilib.
ONN media xəbər verir ki, hazırda “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra müəssisələrin əməkdaşları üçün Vikipediyaya dair təlimlər keçirilir.
Təlimlərin əsas məqsədi Vikipediyanın Azərbaycan bölməsində Azərbaycanla bağlı yaradılmış məqalələrin təhlil edilməsi, təhrif olunmuş məlumatların müəyyən edilməsi, dezinformasiyaların adekvat redaktəsi yönündə tədbirlərin görülməsi, aktual mövzulara, tarixi faktlara, hadisələrə və milli-mədəni irsimizə dair tarixi və elmi mənbələrə istinad edilən yeni informativ məqalələr toplusunun yaradılmasına dəstək göstərməkdir.
Təlimlər Vikipediya Açıq Ensiklopediyası üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanmış GLAM (GLAM - Galleries, Libraries, Archives, and Museums) şəbəkəsinə daxil olan müəssisələrin hər biri üçün xüsusi təlim proqramı əsasında təşkil olunur.
Eyni zamanda “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyi tərəfindən təlim çərçivəsində keçirilən müsabiqədə qalib gələn iştirakçılar hədiyyələr və birliyin sertifikatı ilə təltif olunacaqlar. Təlimlərdə iştirak edən müəssisələrin mütəxəssisləri arasında müsabiqənin keçirilməsi onların vikipediyada fəaliyyətinə stimul verəcək və iştirakçılar arasında müəyyən rəqabət yaradacaq.



Mərkəzi Elmi Kitabxanada ETSN -in əməkdaşlarına Vikipediya təlimləri keçirilib
Azərbaycan Vikipediya-da üç pillə irəlilədi
“Onlar təmənnasız vətənpərvərlərdirlər” - Elnur Eltürk
İlham Əliyev sərəncam imzaladı
Zəngəzuru unutmayaq!
Azərbaycan və Türkiyə birgə təlimlərə başladı - VİDEO
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Azay Quliyev koronavirusla bağlı QHT-lərə çağırış etdi
Prezident: "Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur"
Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq
Əhalinin diqqətinə: Aprelin 18-də ÖDƏNİŞSİZ OLACAQ
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 