Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib. Elmi-populyar nəşrdə arxiv materiallarından, müəllifin Zəngəzurun tarixinə dair kitablarında, elmi-publisistik məqalələrində istinad etdiyi mənbələrdən istifadə olunmaqla bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Kitabda Vətənimizin dilbər guşəsi olan Zəngəzurun tarixi xəritələri, təbiəti, abidələri və görkəmli şəxsiyyətlərinin 100 fotosu da yer alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “QHT Nəşriyyatı”nda işıq üzü görən kitabın nəşrində məqsəd bu torpaqların qədim dövrlərdən Azərbaycan xalqına mənsub olduğunu faktlarla ictimaiyyətə çatdırmaq, vətəndaşlarımızın elmi-tarixi, humanitar biliklərini artırmaq, maariflənməsinə yardımçı olmaq, itirilmiş torpaqlarımıza sahiblik hisslərini, xalqımızın dədə-baba yurdlarımıza qayıdış ruhunu yüksəltməkdir. Kitab tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub və zengezur.com saytında yerləşdirilib (http://zengezur.com/KITABLAR/Zengezur-kitab-1.pdf). Nəşrin elmi redaktoru, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Qabil Əliyev kitaba rəyində xüsusi vurğulayıb ki, bu vəsait Azərbaycan Prezidenti İlham Əliyevin müvəqqəti itirilmiş tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurun Azərbaycana məxsus olmasını sübut edən əsərlərin yazılması, tarixi gerçəkliyin üzə çıxarılıb yayılması, əsl həqiqətlərin təbliği, bu günkü, gələcək nəsillərə çatdırılması barədə tövsiyələrinə uyğun hazırlanıb. Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”
Zəngəzuru unutmayaq!



"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
Ramiz Mehdiyevin kitabı Moskvada nəşr olunub
"Qədim Türk yurdu NAXÇIVAN"
Elm Tarixi İnstitutu "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib
“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə
İlham Əliyev sərəncam imzaladı
“Heydər Əliyev Azərbaycanda milli qanunvericiliyin və hüquqi dövlətin yaradıcısıdır” adlı kitab çapdan çıxıb
İlham Əliyev: Həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır
DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI – KİTABI ÇAPDAN ÇIXDI
“Kibercinayətlər” adlı elektron kitab dərc olunub
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 