Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə qədəm qoyub.
ONN media xəbər verir ki, bu bardədə teatrdan "Ölkə.Az" -a bildirilib ki, sentyabrın 22-də saat 14.00-da balaca tamaşaçılar üçün “Şirinlər”, saat 19.00-da isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub.
“Şirinlər” tamaşasından öncə Teatrın uşaqlar və yeniyetmələrlə iş üzrə əməkdaşı, əməkdar artist Ötkəm İskəndərov balaca tamaşaçıları salamlayıb, teatrın onlar üçün hazırladığı maraqlı səhnə əsərlərindən söz açıb. Daha sonra tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə uşaqlarla kiçik viktorina keçirib, qalib teatrın növbəti tamaşasına dəvətnamə ilə mükafatlandırılıb.
Uşaqlar “Şirinlər”i böyük sevgiylə qarşılayıblar, rəqslər və şən zarafatlar balacaları xeyli əyləndirib.
“Leyli və Məcnun” tamaşasından öncə isə Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bu mövsümün teatrın həyatında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bilirsiniz ki, bu il teatrımızın 90 illik yubileyini qeyd edəcəyik. Ölkə Prezidentinin bununla bağlı sərəncamı var və ilin sonuna yubiley tədbiri planlaşdırılır. Həmçinin bu yeni mövsümdə tamaşaçıların qarşısına yeni səhnə əsərləri ilə də çıxacağıq. Bu gün dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərini sizlərə yeni və müasir bir quruluşda təqdim edirik. Klassik əsərlərə tamaşaçının maraq göstərməsi son dərəcə sevindiricidir.”
“Leyli və Məcnun” tamaşaçıların böyük marağına səbəb olub. Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçsı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Qeyd edək ki, “Şirinlər” tamaşasında rol alan aktyorlar Asya Atakişiyeva və Bəhram Həsənov axşam tamaşasında Leyli və Məcnun obrazlarını canlandırıblar. Aktyorlar eyni gündə həm balacaları əyləndirməyin, həm də faciəvi rol oynamağın məsuliyyətli olduğunu qeyd ediblər. Asya Atakişiyeva Leyli obrazına xüsusi yanaşdığını söyləyib: “Məzuniyyətdən sonra ilk tamaşamızdır, ona görə təbii ki, həyəcanlıyam. Həm uşaqların qarşısında Şirinə olaraq çıxış etmək, həm də Leyli kimi faciəvi bir qadını yaratmaq sadə deyil əlbəttə. Amma bütün hallarda sevincliyəm və böyük məsuliyyət hissi ilə yanaşıram bu işə.” Bəhram Həsənov isə sevgi mövzusunun bütün zamanlar üçün aktual olduğunu söyləyib: “Hansı əsr, hansı zaman olur olsun, sevgi, eşq mövzusu öz aktuallığını itirmir. Ona görə də Qeysi oynamaq mənim üçün xüsusi hadisədir. Amma onu da qeyd edim ki, uşaqların qarşısında çıxış etmək daha böyük məsuliyyətdir, çünki balacalar hər şeyi həssaslıqla duyurlar. Akyorluq sənəti bizim işimizdir və bu işə son dərəcə ciddi yanaşıb qarşıya qoyduğumuz məqsədə nail olmağa çalışırıq.”
Qeyd edək ki, növbəti gün, sentyabrın 23-də teatr “Tənbəl Əhməd” və “Romeo və Culyetta” səhnə əsərlərini tamaşaçılarına təqdim edib.



Teatr sevənlərə şad xəbər
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açdı
Gənc Tamaşaçılar Teatrının dekabr repertuarı
"Leyli və Məcnun" nümayiş olunacaq
Gənc Tamaşaçılar teatrının mart repertuarı
Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı
“Eşqi-Nigar”a ictimai baxış olub
Gənc Tamaşaçılar Teatrının oktyabr repertuarı
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa
Şərqin ilk operası "Leyli və Məcnun"
Əməkdar artist Almaz Mustafayeva vəfat etdi
Füzuli Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 