Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində üç sərgi - "Live Life”, "Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun "77 milyon rəsm əsəri” sərgiləri açılıb.
ONN media xəbər verir ki, sərgilərin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Festivalın açılışı münasibətilə təbriklərini çatdıran Leyla Əliyeva bu festivalın dünyada incəsənətin, mədəniyyətin inkişafına mühüm töhfə olacağına əminliyini ifadə edib. Nəsiminin Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rol oynadığını və poeziyanın şah əsərlərini yaratdığını deyən Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi poeziyasının bu gün də yaşadığını və aktual olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, biz bu festivalda Nəsimi poeziyasının ruhunu musiqi, rəqs, incəsənət, videoinstalyasiyalar, yoqo meditasiyası vasitəsilə kəşf edəcəyik və şüurun dərinliyinə səyahət edəcəyik.
Nəsimi festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açıldığını da qeyd edən Leyla Əliyeva müəllifi olduğu "Live Life” sərgisinin London, Berlin, Moskva, Paris və Tbilisidə nümayiş etdirildiyini, bu sərginin ekoloji problemlərə diqqəti yönəltdiyini bildirib. Qeyd edib ki, eyni zamanda, sərgi bizim planetin gözəlliyini və bütün insanların birliyini vurğulayır.
Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondu tərəfindən təqdim olunan "Hürufilik: incəsənət və identiklik” sərgisindən də danışıb, burada bir sıra ərəb ölkələrində yaşayan müasir rəssamların işlərinin təqdim edildiyini söyləyib. Brayn İnonun "77 milyon rəsm əsəri” sərgisində isə musiqinin və video-art instalyasiyanın nümayiş olunduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti festivala gələn qonaqlara minnətdarlığını bildirərək, Nəsiminin poeziyasının daimi olduğunu vurğulayıb. "Bu əsərləri oxuyanda siz insanın ruhunu hiss edirsiniz. Ümidvaram ki, bu festival nəticəsində Nəsimi poeziyasının bir çox yeni oxucuları üzə çıxacaq və planetimizə daha müsbət ideyalar yayacaqlar”, - deyən Leyla Əliyeva festivalın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Barcil Fondunun nümayəndəsi Çarlz Pokok, Nəsiminin qohumu Məhəmməd Nəsimi festivalın, eləcə də sərgilərin təşkilinə görə təşəkkür ediblər.
Sonra tədbir iştirakçıları sərgilərlə tanış olublar.



Mehriban Əliyeva Gəncədə - FOTO
Leyla Əliyeva Azərbaycan xalqını təbrik edib
Leyla Əliyeva uşaq sığınacağında olub
“Euronews” kanalı Nəsimi Festivalı haqqında reportaj yayımlayıb
Leyla Əliyeva ürək sözlərini yazdı: Ən vacib insansan...
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyeva şəhidlərə şeir həsr etdi
Leyla Əliyeva onkologiya mərkəzindən paylaşım etdi
Leyla Əliyeva Çinin xarici işlər nazirinin müavini ilə görüşüb
Prezidentin nəvəsi aparıcılıq edəcək
Leyla Əliyeva ad gününü uşaqlarla keçirdi - Fotolar
Leyla Əliyeva əkizlərini belə təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 