Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib. ONN media bildirir ki, Fond uşaqları "Dalğa Beach” istirahət mərkəzində bir araya toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıb. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşulub. Burada uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak ediblər, hovuzda üzüblər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçiriblər. Leyla Əliyeva uşaqlarla söhbət edib, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, hər biri ilə şəkil çəkdirib, onlarla birgə rəqs edib. 200-ə yaxın uşağın iştirak etdiyi tədbirdə hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub. Qeyd edək ki, bu gün Leyla Əliyevanın doğum gündür.
Leyla Əliyeva ad gününü uşaqlarla keçirdi - Fotolar



Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşdü
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində oldu
Mehriban Əliyeva Uşaq Mərkəzində
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Leyla Əliyeva uşaq sığınacağında olub
Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı”nda olub
Leyla Əliyeva Sabunçuda 2 saylı doğum evində olub
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Mehriban Əliyeva Gəncədə - FOTO
Leyla Əliyeva onkologiya mərkəzindən paylaşım etdi
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 