Oktyabrın 1-də dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin Bakı şəhərində ev-muzeyinin açılış mərasimi keçirildi.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev-muzeyinin açılması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, Beynəlxalq Musiqi Günü münasibətilə müxtəlif ölkələrdə rəngarəng tədbirlər keçirilir. Bu gün Qara Qarayevin ev-muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bu il dünya şöhrətli musiqiçinin 100 illik yubileyi geniş qeyd olunur, silsilə tədbirlər keçirilir: “Bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini də burada yaradıb. Onun məşhur “Yeddi gözəl” baleti də bu evdə qələmə alınıb”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ölkəmizdə musiqi və incəsənət xadimlərinin ev-muzeylərinin yaradılması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: “Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkandır. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Onun tələbələri belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara müəllim çox təvazökar ziyalı insan idi. Onun sözləri ilə əməlləri həmişə üst-üstə düşürdü. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayır”.
Qara Qarayevin yaradıcılıq yolundan danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırdı: “Qara Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə qələmə aldığı “Yeddi gözəl” baleti və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyulurdu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub”.
Çıxışlardan sonra ev-muzeyinin açılışı oldu. Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva qonaqları mədəniyyət ocağı ilə tanış etdi.
Tədbir iştirakçılarına Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və disk təqdim olundu. Kitabın elmi redaktoru professor Kərim Tahirov nəşr haqqında məlumat verdi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin yüksək sənətkarlıq məziyyətlərindən, Azərbaycan musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışdılar.
Mərasimdə həmçinin Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə dahi bəstəkarın “Xalq artisti” fəxri adına layiq görülmüş oğlu, professor Fərəc Qarayevə yüksək fəxri adın vəsiqə və nişanını təqdim etdi.
Tədbir bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri ilə yekunlaşdı.



Dahi bəstəkarın doğum günündə məzarı ziyarət olunub
Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub
Astanada Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görüb
Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anıldı
Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə konsert keçirilib
Ölkədə Milli musiqi günü qeyd olunur
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
Bu gün Qara Qarayevin doğulduğu gündür
5 fevral Qara Qarayevin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 