ONN media xəbər verir ki, Qazaxıstan paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
TÜRKSOY-un təşkilatçılığı və səfirliyin dəstəyi ilə baş tutan tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsində əvvəlcə Qara Qarayev haqqında sənədli film nümayiş etdirilib, Filmdə dahi bəstəkarın həyat və yaradıclığı, keçdiyi ömür yolu, əsərləri barədə danışılıb.TÜRKSOY-un baş katibi Düsen Kaseinov vurğulayıb ki, bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycan və Qazaxıstanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq böyük bəstəkar Qara Qarayevin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilir. bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycan və Qazaxıstanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. Qeyd olunub ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin demək olar ki, bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir. Mərasimdə çıxış edənlər bildiriblər ki, Qara Qarayevin yaradıcılıq irsi Azərbaycana və bütün dünyaya məxsusdur. Çünki o, yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib. Sonra yubiley gecəsi konsert proqramı ikə davam edib. Proqramda Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və suitalar tamaşaçılara təqdim olunub. Qeyd edək ki, Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. Konsert proqramı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Azərbaycanın Qazaxıstandakı səfirliyi adından gecədə gül çələngi təqdim olunub. Yubiley gecəsində bir sıra ölkələrin səfirləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.



Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək
Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub
Dahi bəstəkarın doğum günündə məzarı ziyarət olunub
Qara Qarayevin ev-muzeyinin açılış mərasimi keçirildi
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
Bu gün Qara Qarayevin doğulduğu gündür
5 fevral Qara Qarayevin doğulduğu gündür
Qara Qarayevin anadan olmasına həsr edilmiş konsert təşkil olunub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görüb
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Qara Qarayev
Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 