Ədalət əlini gözlərinin üstünə qoyub, zülüm-zülüm ağlayırdı.
Hərdən hıçqırığını udur, başını qaldırır, kimdənsə kömək gözləyirmiş kimi ümidsiz halda ətrafına boylanır, yenidən yanıqlı-yanıqlı içini çəkirdi:
-Bu nə işdi başıma gəlir, İlahi?!-Əda-a-lət?!...
- Quyunun dibindən gəlirmiş kimi zəhmli bir səs eşitdi.
- Bu sən-sə-ən?!..Hıçqırığını içinə salıb, gözləri yaş içində oynayan Ədalət başını dik qaldırdı.
- Gözlərimə inana bilmirəm?!
-Dərdim dilə gələsi deyil!
- Ədalət yorğun-yorğun cavab verdi.
-Dərd ola, dərmanı olmaya?!
-Özünüzü zəhmətə salmayın.
-Niyə?
-Dərdim elə böyükdü, ona çarə eləməkdən ötrü gərək siz Zəmanə olasınız.
-Ha... ha... ha...
-Nahaq gülürsünüz.
-Bilirsən mən kiməm?
-Nə deyim?!
-Bir yaxşı-yaxşı fikirləş!Ədalət gözlərini qıyıb diqqətlə baxdı:
-Yox, tanıya bilmirəm.
-Sənin arzuladığın Zəmanə mənəm da!Birdən Ədalətin gözlərinin yaşı qurudu, səsi batdı, nəfəsi ağır-ağır gedib-gəlməyə başladı.
-Nə oldu sizə?Ədalət handan-hana özünə gələndə heyrətlə içini çəkdi:
-İlahi!
-Nə olub ki?Ədalətin gözləri alacalandı:
-Deməli... Ax-ma-aq?!Zəmanə razılıqla başını yellədi:
-Özüdür ki, var.
-Deməli, məni sizə ad eləmək istəyirlər?!
-Qulaqların səni aldatmayıb!
-Biz bir-birimizə yaraşmırıq axı!
-Nə olub mənə?!
-Allah hərəmizə layiq bir ad verib, biz o adla da yaşamalıyıq.
-Sözündən belə çıxır ki, sən özünü mənə layiq bilmirsən?!
Ədalət bu həyasızlığın qabağında duruş gətirə bilmədi - gözlərini yerə dikti.-Niyə dinmirsən?!
-Nə dinim?!
-Belə getsə göz yaşların illərlə qurumayacaq!
-Yerinizdə bərk oturmusunuz, onu demək istəyirsiniz?!
-Nə qədər ki, bu avamlar var, biz də varıq!
-Ağlayıb gözlərimi kor etməyimin faydası yox imiş, deməli?!
-Ağlamağın bir turş alçaya da dəyməz!
-Neyləməliyəm?!
-Necə yəni?!
-Mən də axı rahat yaşamaq istəyirəm!
-Rahat yaşamağın bir yolu var!
-Necə?-Gərək bizdən olasan!Buz kimi tər gəldi Ədalətin sifətinə:
-Sizdən olmalıyam?!
-Şübhəsiz!
-Bəs mənim özlüyüm?
-İndi kim özüdür ki?! Hamı ya bizik, ya da heç kim.
-Bəs mənim şərəfim?!
-Həəə... bu ayrı məsələdi.
-Necə?!
-Onda gərək öləsən!



"Ədalət oxumağı məndən öyrənir"
"Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"
Bakının İrəvana qarşı iddiası üzrə dinləmə keçirilir
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayırıq” - Azərbaycan XİN
Hekayələr - Qəşəm İsabəyli
Türkiyə parlamentində əlbəyaxa dava olub
Ədalət Şükürov vaksin vurdurdu
MVP sədri Yunus Oğuz Ədalət Vəliyevlə görüşdü
Gürcüstanda yeni siyasi partiya yaradılıb
"Axmaq qızlarımız var, sizdən utanıram"- Ülviyyə
Bu da Ədalət Şükürovun 28 minlik motosikleti
Ermənilər Şuşa ətrafına çox sayda ağır TEXNİKA TOPLAMAĞA BAŞLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 