Aauuu...
Babasıyla məktəbdən qayıdan Şəm-Şəm ikinci mərtəbəyə qalxan kimi qaçıb durardı arxa həyətə baxan pəncərədə:
-Babacan, baax, canavar olmuşam - və ulayardı. - Aauuu... aauuu...
-Gəl gedək, qonşuları güldürmə bizə! - Baba qolundan çəkərdi.
Bu yay kəndə - nənəsinə qonaq gəlmişdi. Axşam olan kimi babasının əlindən yapışdı:
-Getdik.
-Hara?
-Ulamağım gəlir!
-Ulama, nənən qorxar.
-Nənə?
-Caa-an!
-Qorxma, ha.
-Maşallah, oğlum yanımda, nəvəm yanımda, nədən qorxacam, ay bala?!
-Bilirsən da, mən canavar oluram hərdən?
-Nəəə... canavar?
-Bax, indi ulayacam!
-Ulayacaqsan?! Vallah, itlər gəlib şalvarını çıxardar, sakit otur.
-Qorxma, babam yanımdadı. - Şəm-Şəm balkonun arxa həyətə baxan tərəfinə keçdi:
-Aauuu... aauuu... aauuu...
-Necədi, nənə?
-Əsl canavarsan ki, lap!
Şəm-Şəm sevinə-sevinə qaçıb girdi yerinə - yorğanı çəkdi başına.
Sabah axşam da dünənki yerindəydi:
-Aauuu... aauuu... aauuu.... aaa... - Birdən dayandı. - Ba-ba, o işıq nədi?
Baba diqqətlə baxıb, birdən itləri çağırdı:
-Alabaş, tut, Qarabaş, tut!
Bayaq itlər hürə-hürə həyətin arxasına cumdu. Qonşuların iti də onlara qoşuldu.
İşıqlar yoxa çıxmışdı.
-Baba, o nə idi?
-Canavar.
Ayı və ovçular
Ayı dəmir qəfəsin küncündə oturub, mürgü döyürdü. Şəm-Şəm də babasıyla gəlib qəfəsin qabağında dayandı.
-Babacan, səndən gizli bir iş görmüşəm.
-Nə iş? - Baba qaşlarını çatdı.
-Danlamazsan?
-Əlbəttə!
-"Hə", "yox"?
-Yox.
-Ayıya bal gətirmişəm.
-Çaşmısan, deyəsən, ayı, irağ olsun, qolunu dibindən qopardar.
-Qoparda bilməz! - Şəm-Şəm əlini cibinə salıb, dörd bükülü bir vərəq çıxartdı. - Bax, babacan, balı buna bükmüşəm.
-Ay qırışmal! - Baba güldü. -
Baxım?
-Ayıdan sonra. - Şəm-Şəm vərəqi açıb, qəfəsə yaxınlaşdı. - Ey, əyripəncə, gör sənə nə gətirmişəm! - Ayı gözlərini açıb, baxdı... baxdı, sonra da qalxıb irəli yeridi. Şəm-Şəm geri çəkildi. - Olmaz, əyripəncə, olmaz! Yaxına gəlmə, qorxuram!
Ayı alnını qəfəsə dirəyib, birdən sağ pəncəsini qabağa uzatdı.
-Əllə danışma! Yaxşısı budur, dilini çıxart, balı qoyum üstünə. Arısı da var ha, vursa, mənlik deyil. - Şəm-Şəm kağıza çəkdiyi bal pətəyini azca qabağa uzatdı.
Ayı baxdı-baxdı... yavaşca dönüb, gedib oturdu bayaqkı yerində.
-Qorxaq!
-Bəri tut, görüm! - Baba şəklə baxdı. - Gözəl çəkmisən! Bax, pətəyin bu tərəfində ayı şəkli də çəksəydin, lap əla olardı.
-Düz deyirsən, babacan!
Ayı üzünü yana çevirib, küsülü kimi oturmuşdu.
Bu zaman iki ovçu gəlib durdu qəfəsin qabağında:
-O deyil?
-Özüdür ki, var.
-Bir az arıqlayıb, deyəsən?
-Bir var meşə - azadlıq, bir də var - zoopark. Bura heyvanların həbsxanasıdır. Kökəlməyəcək ki!
-Ey... əyripəncə, gəlmişik, ha!
-Bax gör bizi tanıyırsan?
Ayı başını səsə çevirdi. Əvvəlcə küt-küt baxdı. Sonra gözləri böyüyən kimi oldu. Bayaq dartınıb yerindən qalxdı:
-Ö...ö...ö... ööö... - var gücüylə anqıraraq, ovçulara tərəf atıldı. Dəmir barmaqcıqlara dəyib, yanı üstə aşdı.
-Gördüün, tanıdı!
-Necə tanımasın, neçə dəfə üz-üzə gəlmişik, neçə dəfə gülləyə tutmuşuq, tələyə salmışıq...
-Yuxu iynəsiylə vurmasaydıq, indi o dünyalıq eləmişdi bizi.
-Ööööö.... - ayı sakit olmaq bilmirdi - anqıra-anqıra özünü qəfəsə çırpır, başını dəmir şəbəkəyə döyürdü.
-Görürsən nə kinlidi, parçalamaq istəyir bizi?
-Ööööö... - ayının səsi xırıldamağa başlamışdı.
Bu zaman zooparkın işçiləri gəlib ovçuları götürüb apardı.
Ayı sakitləşən kimi yerə çökdü - yırğalandı-yırğalandı və yanı üstə aşdı - tappadan başı dəydi beton döşəməyə - xırıldadı. Bayaq ağzından qara qan açıldı. Çırpınıb-çırpınıb, arxası üstə düşüb qaldı.
Şəm-Şəm qorxmuş halda babasına baxdı. Baba qolundan çəkdi:
-Gəl gedək!
-Ayıya nə oldu, baba?
Şəm-Şəmlə Nökərin əhvalatı
-Şəm-Şəm...
-Xorrr...
-Ay Şəm-Şəm!
-Hmmm...
-Səhər açılıb, dur!
-Qoy yatım!
-Dur!
-Durmuram! Sən kimsən?!
-Mən sənin nökərin!
-Rədd ol... - Şəm-Şəm qışqırdı.
-Şəm-Şəm, dur... dur...
-Qoy ya-a-a-tım, nökər oğlu Nökər! -Şəm-Şəm bağırıb ağzı üstə çevrildi.
Bayaq Nökər sağ əlini havaya qaldırıb, cəld aşağı endirdi - şap... şap... şap...
-Adə, -Şəm-Şəm dik atıldı, - yaramaz, neyləyirsən!? - Yanını ovxalaya-ovxalaya çarpayıdan yerə tullandı. -Rədd ol gözümün qabağından!
Bayaq Nökər sağ əlini düyünləyib yeridi Şəm-Şəmin üstünə.
-Aaa... - Şəm-Şəm mat qaldı, - bu lap, deyəsən mənim baş-gözümü əzmək istəyir?! - Güclə özünü eşiyə atdı. Qapını dartıb, çöldən bərk-bərk bağladı. Az qalırdı qapı qırılsın - taq... taq...
***
Ad günü münasibətilə Babası Şəm-Şəmə xeyli pul vermişdi. O da gedib özünə Robot almışdı. Adını da qoymuşdu "Nökər". Bu Nökər həm ağıllıydı, həm də üzüyola.
Hərdən top-top oynayırdılar, hərdən gəzməyə gedirdilər. Bəzən də Şəm-Şəm görürdü bərk istidi, çağırıb Nökəri yollayırdı marketə:
-Tut pulu, get mənə dondurma al.
Nökər gedirdi, bir dondurma əvəzinə ikisiylə qayıdırdı.
Şəm-Şəmin gözləri çıxırdı kəlləsinə:
-Adə, nökər oğlu Nökər, olmaya oğurlamısan?!
Robot Azərbaycan türkcəsini anlasa da, danışa bilmirdi. Odur ki, "yox" əvəzinə başını yelləyirdi. Şəm-Şəm tez qaçırdı marketə:
-Xala, mənim Nökərim sizdən dondurma oğurlayıb, buyurun, gətirmişəm.
Satıcı gülərdi:
-Birincisi, Nökərin üstünə oğurluq yıxmayın, cənab. İkincisi də nökər xoşuma gəldi, bir dondurma da pay verdim.
***
Şəm-Şəm yaxşı oğlan olsa da, yaman yuxucul idi. Oyatmasaydın, axşamacan yatardı. Robotu da elə buna görə almışdı:
-Məni səhər saat 08.00-da durquzarsan. Durmasam, qalın ətimə bir-iki şapalaq çəkərsən! Bərk yox, ha, diksinərəm, yavaşca!
Robot da kişi kimi sözünün üstündə durmuşdu - Şəm-Şəm oyanmayanda bir-iki şapalaq çəkmişdi... Amma neyləsin ki, əli dəmirdən idi - ağrıtmışdı.
Elə həmin günü Şəm-Şəm Babasıyla Robotu aparıb Təzə Bazarda satdı. Bundan sonra bütün işləri düşdü öz boynuna - gəzməyə tək çıxırdı, oynamağa tək gedirdi, ürəyi istəyəndə gedib dondurma alırdı. Hər dəfə də satıcı qadın onu sorğu-suala tuturdu:
-Özün niyə gəlirsən, nökəri yollasana?!
Şəm-Şəm də mızıldayırdı.
Bir məsələ vardı ki, daha Şəm-Şəm yatıb günortaya qalmırdı. Axşam da televizora baxmadan yerinə girirdi ki, səhər tez oyansın.



Oğuzda ŞOK OLAY - Canavar kəndə hücum etdi və...
Canavarlar həyətlərə HÜCUM ÇƏKDİ
“Şou adamından mənə gəlin olmaz” — Nəvə həsrəti çəkən xalq artisti – VİDEO
Şərurlu Partizan Tağı - (hekayə)
Daha bir AİLƏ FACİƏSİ: Güllə bu dəfə...
Yetim italyanın Bakı sərgüzəştləri... AYSEL OĞUZ YAZIR
Toya gələn nənə elə bir şey etdi ki... - FOTOLAR
“İkinci nəvəm dünyaya gəldi, çox sevinirəm” - Nazir
20 il sonra… - Pərviz HACI yazır
Gündə 2 saat planşetə baxan uşaqlarda...
Vəhşi heyvanlar Zərdaba hücum etdi - İnsanlar QORXU İÇİNDƏ
Yanan qızın nənəsindən ACI FƏRYAD: “Azərişıq” cəmi 300 manat verib” - REPORTAJ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 