Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib. ONN media xəbər verir ki, bu barədə Modern.az-a Tahir Kərimli özü məlumat verib. Deputat bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib:
"Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir. Yaradılmış hüquqi şəxslərə - müəssisə və məkanlara milli adlar verilməlidir. Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür". Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib: 1. İlk ay (yanvar) 2. Soyuq (çillə ay) ay (fevral) 3. Boz ay (mart) 4. Yağış ayı (aprel) 5. Çiçək ayı (may) 6. Əkin ayı (iyun) 7. İsti ay (iyul) 8. Biçin ayı (avqust) 9. Məhsul ayı (sentyabr) 10. Qızıl ay (oktyabr) 11. Xəzəl ayı (noyabr) 12. Son ay (dekabr) "Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır. Ukraynalılar "Serpen", "Jovtnya", "Listopada" ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik". Deputat əlavə edbi ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik: “Məsələn, "nəzərinizə çatdırırıq" sözü əvəzinə "baxışınıza veririk", "təklif edirəm" sözü əvəzinə "irəli sürürəm". "Feil" sözü əvəzinə "hərəkət", "və" bağlayıcısı əvəzinə "ilə" və s. yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik”. Tahir Kərimli həmçinin qeyd edib ki, milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq. Deputat eyni zamanda insanları bu təşəbbüsə qoşulmağa və dəstəkləməyə çağırırıb.Deputatdan təklif: “Yanvar ilk, may çiçək, avqust biçin ayı adlandırılsın”



4 partiya sədrinə vəzifə verildi
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Hər rübdə köçürülən vəsaitlərdən niyə 5 min manat tutulur? - Deputat
Milli Məclisin deputatlarına pul mükafatı verildi
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Parlamentin buraxılması ilə bağlı qərarı hazırlayan heyət yaradıldı – ADLAR
Deputat ayağından xəsarət aldı
Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlandı
Milli Məclisdən “uşaq pulu” ilə bağlı AÇIQLAMA
İşıq, qaz, su onlar üçün pulsuz olsun - Tahir Kərimli
Deputatdan nazirə təklif: Onlara dəfn müavinəti verilsin
Uşaqpulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 